Bu gün:
Xezer.info » Qarabağ » Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozub


Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozub
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub.
Teref info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, işğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.