Medvedev ABŞ və Rusiya münasibətlərindən danışdı
06-noy-2016Rusiyanın baş naziri Dmitri Medvedev ABŞ və Rusiya münasibətlərinin Vaşinqtonun ucbatından “döşəmədən də aşağı” düşüdüyünü bildirib.
Bu barədə Baş Nazir İsrailin İkinci kanalına müsahibəsində qeyd edib.
"Təəssüf ki, Ukraynada baş verənlərə görə, bu münasibətlər prezident (Barak Obama) administrasiyasının səyləri sayəsində, necə deyərlər, “döşəmədən də aşağı” düşüb”,-deyə Dmitri Medvedyev bildirib.
“Açığı, biz hazırkı administrasiya, ABŞ rəhbəri Barak Obama ilə təmas qurmağa başlayanda, mən heç ağlıma gətirməzdim ki, münasibətlər belə aşağı səviyyəyə enəcək”, - deyə Medvedev etiraf edib.
Baş Nazir vurğulayıb ki, ABŞ ilə münasibətlərin pisləşməsi “bizim günahımız və seçimimiz deyil. Biz münasibətlərin normal olmasında maraqlıyıq” deyib. (qafqazinfo)