«Optimal Electronics» şirkəti Eldar Mahmudova məxsus olub..?
06-noy-2016Hazırda paytaxt Bakının bir neçə yerində vətəndaşlara xidmət göstərən «Optimal Electronics» Mağazalar Şəbəkəsi fəaliyyəti ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyini (MTN) sabiq şefi Eldar Mahmudovun zamanında toxunulmaz obyek sayılırdı. Xezer.info xəbər verir ki, bu barədə nuh.az-a daxil olan bilgilərdə qeyd olunur ki, vətəndaşların adıçəkilən şəbəkədən şikayətlərinə baxmayaraq, heç bir qurum Eldar Mahmudovun və hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun qorxusundan «Optimal Electronics» şirkətinə yaxın dura bilmirdi. Deyilənlərə görə, hətta sözügedən mağazalar şəbəkəsinin sahibinin Eldar Mahmudovla şərik işlədiyi barədə məlumat da var. Bu barədə daxil olan məlumatlarda bildirilir ki, adıçəkilən şəbəkənin fəaliyyətilə bağlı son günlər ciddi araşdırma aparılır.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.