Bu gün:
Xezer.info » Siyasət » Heydər Əsədov pediatrı Baytarlıq Xidmətinə rəis müavini təyin edib

Heydər Əsədov pediatrı Baytarlıq Xidmətinə rəis müavini təyin edib


Heydər Əsədov pediatrı Baytarlıq Xidmətinə rəis müavini təyin edib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin saytına (http://www.vet.gov.az/) daxil olanda maraqlı mənzərə ilə rastlaşdıq. Saytda qurumun rəhbərliyinə daxil olan şəxslərin tərcümeyi-halı olsa da, rəis müavini Balarəhim Quliyevin ömür yolu nədənsə yaddan çıxıb. Bu məsələ jurnalist marağımıza səbəb olduğu üçün araşdırmaq qərarına gəldik. Belə ki, Gundelik-Baku.com-un apardığı araşdırma zamanı bəlli oldu ki, Balarəhim Quliyev Azərbaycan Tibb Universitetini bitirib və uşaqların müalicəsi üzrə (pediatr) ixtisaslaşıb. Görəsən, heyvanların sağlamlığı və müalicəsi üzrə məsul olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinə həkim-pediatrı rəis müavini təyin etmək cənab nazir Heydər Əsədovun ağlına haradan gəlib..?
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.