Güləndən daha bir əbləhlik, erməni saytına intervyu verib yalanları tirajladı
03-noy-2016FETÖ lideri, ABŞ-ın Pensilvaniya satında yaşayan Fətullah Gülən Rusiyanın ermənilərə yaxınlığı ilə tanınan “Regnum” xəbər agentliyinı müsahibə verib.
Avropa.info xəbər verir ki, müsahibəsi zamanı Gülən Yaxın Şərq və Türkiyənin cənub-şərqində baş verən hadisələrlə bağlı məsələlərə münasibət bildirib. Suriya və Yaxın Şərqdə Türkiyənin siyasəti və Rusiya-Türkiyə münasibətlərinin perspektivləri baxımından regionun gələcəyi ilə bağlı suala münasibət bildirərkən Gülən üçüncü dünya müharibəsinin başlayacağından narahat olduğunu deyib.
“Türkiyədəki və Yaxın Şərqdəki vəziyyətə diqqət etdiyimiz zaman mən üçüncü dünya müharibəsindən narahat oluram. Çünki bölgədə hadisələrin şəxsi maraqlar əsasında baş verdiyini nəzərə alsaq ortaq məxrəcə gəlməyin çətin məsələ olduğunu deyə bilərik. Bu baxımdan mən üçüncü dünya müharibəsinin başlayacağından qorxuram.”
Daha sonra ermənilərə yaxınlığı ilə tanınan agentliyin jurnalistinin “Türkiyənin xarici siyasətində dəyişiklik heç kimə gizlin deyil. Minlərlə insan siyasətçilərin atdığı addımlar səbəbilə həbsə atılır, kürd vətəndaşlar haqsız təzyiqlərə məruz qalır. Bəs bu haqda nə düşünürsünüz? Kürdlərin yaşadığı bölgələrdə problemi necə aradan qaldırmaq olar?” sualına Gülən belə cavab verib:
“2006-ci ildə mən ölkə rəhbərliyini Türkiyədə yaşayan kürd vətəndaşların problemlərinin həlli üçün təkliflər paketi göndərmişdim. Amma təəssüflər olsun ki, hökumət bu təkliflər paketinə əhəmiyyət vermədi. Əgər kürdlərin yaşadığı ərazilərdə məqsədəuyğun şəkildə siyasi addımlar atılsaydı bu gün problemlərin demək olar ki hamısını həll etmək mümkün idi. Misal üçün deyim ki, kürdlərin mədəni hüquqları bərpa olunsa, onlara doğma dillərində oxumaq imkanı verilsə, eləcə də regional iqtisadiyyatın gücləndirilməsi, işsizliyin aradan qaldırılması, bölgədə mərhəmətli müəllimlər, həkimlər, hakimlər, prokurorlar və dövlət qulluqçuları olsaydı bu yolla gənclərin qarşısını almaq mümkün olardı. Bu saydığım işlərdən heç biri görülmədi, hökumət bütün bunlara göz yumdu və nəticədə bölgədəki kəndlər silah anbarına çevrildi. Sonda isə hökumət bu bölgəyə silahlı qüvvə yönəltmək məcburiyyətində qaldı. Düşünürəm ki, bu məsələnin ən doğru yolu istər Türkiyədə, istər Suriyada, istərsə də İraqda kürdlərin və digər etnik və dini qrupların mədəni hüquqlarının tanınması, onların həyat şərtlərinin yaxşılaşdırılması üçün bölgədə müvafiq bütün addımların atılması və onların olduqları kimi qəbul edilməsidir.
Qeyd edək ki, Fətullah Gülən müsahibəsi zamanı Türkiyə hökumətinin guya ki, kürdlərin hüquqlarını pozduğunu aşılamağa çalışıb. FETÖ lideri son illər Türkiyənin kürdlər yaşayan bölgələrində infrastrukturların qurulması, xalqa müəyyən hüquqların verilməsi, yeni məktəblərin, hava limanlarının, yolların, şəhərlərin inşa olunması, unversitetlərdə kürd dilində kafedraların açılması, AKP hökumətində 3 nəfər kürd nazirin olması barədə bir kəlmə də danışmayıb. Əvəzində Türkiyənin guya ki, PKK-ya qarşı deyil, kürd xalqına qarşı mübarizə apardığı görüntüsünü formalaşdırmağa çalışıb.