Bu gün:
Xezer.info » Cəmiyyət » "Azneft"də ilginc kadr dəyişikliyi - Rəis və işçilərlə bağlı qərar verildi + Siyahı

"Azneft"də ilginc kadr dəyişikliyi - Rəis və işçilərlə bağlı qərar verildi + Siyahı


"Azneft"də ilginc kadr dəyişikliyi - Rəis və işçilərlə bağlı qərar verildi + Siyahı
Platformalarda baş verən qəzalarla əlaqədar "Azneft" İstehsalat Birliyində kadr dəyişikliyi aparılıb.

Mia.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, Birliyin baş direktoru Daşqın İsgəndərov tabeliyindəki şəxslərə çox sərt "cəza" tətbiq edib:

"Daşqın İsgəndərov 28 May NQÇİ-nin rəisi Rövşən Qara oğlu Qarayev Birliyin Qaz anbarları idarəsinə rəis, həmin idarənin rəisi Zaur Əli oğlu Bağırov isə 28 May NQÇİ rəsi təyin edib".

Mirvari Qəhrəmanlının sözlərinə görə, 28 May NQÇİ-nin 19-cu platformasında baş verən qəza ilə əlaqədar Quyuların əsaslı təmiri sexinin rəisi Qahir Bəylərov, onun müavini Anar İsmayılov, usta Ağacəfər Nəzərov, qazmaçı İbrahim İbadov da işdən azad olunublar:

"Onlar özlərini təqsirkar bilməsələr də, 28 May NQÇİ-nin həmkarlar təşkilatı (HT) bu işçilərin işdən çıxarılmasına razılıq verib. Özünü qəzada günahkar hesab etməyən işçilərdən biri bizə müraciət edib.

Onun hüququnu məhkəmədə müdafiə etməyi üzərimizə götürmüşük".

M.Qəhrəmanlı deyir ki, Həmkarlar Təşkilatının razılığı ilə işdən azad olunan usta Ağacəfər Nəzərov platformada işlədiyi 15 gün ərzində gündəlik 12 saat əvəzinə, onu əvəzləyən olmadığı üçün 24 saat işləməyə məcbur olub:

"Elə bilisiniz qəza yalnız texniki səbəbdən olur? Bu insandır axı, ay AR ƏM-in 309-cu maddəsinə əsasən, əmək qanunvericiliyinə ictimai nəzarət etməli olan Həmkarlar Təşkilatı! Axı, sən bu ağır işdə çalışan neftçidən aldığın üzvülük haqqının hesabına yaşayırsan!"