Bu gün:
Xezer.info » Eksklüziv » İlham Əliyev böyük liderdir - Ronald Lauder

İlham Əliyev böyük liderdir - Ronald Lauder


İlham Əliyev böyük liderdir - Ronald Lauder
Azərbaycan Prezidenti İlham Əliyev əsl praqmatik diplomatdır və öz ölkəsinin böyük lideridir. Ümumdünya yəhudi konqresinin prezidenti Ronald Lauder Prezident İlham Əliyevin dünyada baş verənləri yaxşı başa düşən dövlət liderlərindən olduğunu qeyd edib.

Trend xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinn rəhbəri Arye Qutun məqaləsində qeyd olunub.

Məqalədə qeyd olunur ki, Azərbaycan və İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

R.Lauder həmçinin, Azərbaycanda yəhudi icmasına münasibətin yüksək olduğunu qeyd edərək deyib:

“Ümumdünya yəhudi konqresinin prezidenti olaraq mən Azərbaycan xalqını, eləcə də Azərbaycan hökumətinin yəhudi icmasına səmimi münasibətini yüksək dəyərləndirir və Azərbaycan Prezidentinə dərin minnətdarlığımı çatdırıram”.