Bu gün:
Xezer.info » Sosial » 6 saylı Vergilər İdarəsinin rəisi AXCP-yə maliyyə yardımı edir

6 saylı Vergilər İdarəsinin rəisi AXCP-yə maliyyə yardımı edir


6 saylı Vergilər İdarəsinin rəisi AXCP-yə maliyyə yardımı edir
Sərxan Məmmədov Əli Kərimlinin yaxın adamı, fəal tərəfdarıdır Son illər Vergilər Nazirliyi sistemində bir sıra ciddi uğurlara imza atılsa da, adıçəkilən nazirliyin nəzdində fəaliyyət göstərən bir sıra yerli şöbələrin fəaliyyətindəki ciddi qüsurlar, neqativ hallar əldə olunan nailiyyətlərə xələl gətirir. Misal kimi, Sərxan Murad oğlu Məmmədovun rəisi olduğu Lənkəranda yerləşən 6 saylı Vergilər İdarəsində yaşanan olayları göstərən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada qeyd olunur ki, adıçəkilən idarənin nöqsanlı fəaliyyəti sözügedən rayonun idarə, müəssisə və təşkilat rəhbərlərini, eləcə də iş adamlarını əlavə problemlərlə üz-üzə qoyub. Beləliklə, 6 saylı Vergilər İdarəsinin rəisinin bir sıra məsələləri məhz «təşəkkür» yolu ilə həllə etdiyini iddia edən mənbənin sözlərinə görə, Sərxan Məmmədov ona həvalə olunan postdan məhz şəxsi maraqlarının təmin olunması üçün istifadə edir: «Bildiyiniz kimi, ölkə başçısı az qala hər çıxışında məmurlara, vəzifə sahiblərinə, yetkili qurumlara sahibkarlarla normal rəftar etməyi, onları incitməməyi tapşırsa da, 6 saylı Vergilər İdarəsinin rəisi bunun tam əksinə olaraq iş adamlarına əlavə problemlər yaradır. Halbuki ölkə başçısı dəfələrlə bildirib ki, sahibkarların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Ona görə də sahibkarlardan qanunsuz tələbdə olan şəxslər öz cəzasını almalıdır. Sərxan Məmmədov isə əlində olan imkanlardan istifadə edərək sahibkarları incidir, əsassız cərimələr tətbiq edir. Deyilənlərə görə, 6 saylı Vergilər İdarəsinin rəisi bu vəzifəyə təyin olunduğu gündən etibarən zəifə, güclüyə, iriyə, balacaya baxmadan hamıdan «təşükkür» umur. Etiraz edənləri isə cərimə ilə hədələyir. Bildirilir ki, bu gün Lənkəranda əksər sahibkarlara VÖEN-i bağlatdırıb «pulu dövlətə ödəmə, bizə ver» deyirlər. Özünü yüksək vəzifəli şəxslərdən birinin qohumu kimi qələmə verən Sərxan Məmmədov az qala hər bir sahibkarı öz «şərt»lərinə razı salmağa nail olub». Bu arada, 6 saylı Vergilər İdarəsinin rəisinin əslən Sabirabad rayonundan olduğunu, həmçinin AXCP sədri Əli Kərimlinin yaxın adamı, fəal tərəfdarı olduğunu bildirən məlumatlı şəxs qeyd edir ki, Sərxan Məmmədovun radikal müxalifət düşərgəsi ilə yaxın əlaqələri mövcuddur: «Deyilənlərə görə, 6 saylı Vergilər İdarəsinin rəisi AXCP-yə xüsusi simpatiya bəsləyir və bu partiyaya vaxtaşırı maliyyə yardımında bulunur. Bildirilir ki, Sərxan Məmmədov cəbhəçilərlə kifayət qədər yaxındır və Əli Kərimlinin ən fəal tərəfdarlarındandır. Elə bu səbəbdən də o, vaxtaşırı AXCP-yə yüklü miqdarda maliyyə yardımı edir, müxalifətin radikal qanadının keçirdiyi mitinqlərə pulla insanları cəlb etməyə çalışır. Bir sözlə, 6 saylı Vergilər İdarəsinin rəisi açıq-aşkar şəkildə müxalifətçiliklə məşğul olur». Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Sərxan Məmmədovun nəzarəti altında olan ərazilərdəki sahibkarların böyük bir hissəsinin VÖEN-siz fəaliyyət göstərdiyini iddia edən mənbənin sözlərinə görə, o, 6 saylı Vergilər İdarəsini sanki şəxsi obyektinə çevirib: «Deyilənlərə görə, 6 saylı Vergilər İdarəsinin nəzarəti altında olan ərazilərdə fəaliyyət göstərən marketlərdə, apteklərdə, ticarət obyektlərinin əksəriyyətində kassa aparatı formal olaraq işləyir. Bundan başqa, Sərxan Məmmədovun vergi şöbələrinin əli ilə tikinti materialları satışı ilə məşğul olan obyektlərin aylıq «təşəkkür»ünü qaldırdığı deyilir. Həmçinin, o da qeyd olunur ki, 6 saylı Vergilər İdarəsinin rəisi Lənkəranda və paytaxt Bakıda mənzil, bağ evi və biznes strukturlarına sahibdir. Deyilənlərə görə, Sərxan Məmmədov bu qədər kapitalı məhz kiçik və orta biznes təmsilçilərini sıxışdırmaq, onları irəli sürdüyü «şərt»lərlə razı salmaq hesabına əldə edib».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.