Bu gün:
Xezer.info » Hadisə » Bakıda 26 yaşlı gənc özünü asdı

Bakıda 26 yaşlı gənc özünü asdı


Bakıda 26 yaşlı gənc özünü asdı
Bakıda intihar hadisəsi baş verib.

Teref.info apa-ya istinadən xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə bu gün Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb. Orada yaşayan, 1990-cı il təvəllüdlü Nadir Mikayıl oğlu Əliyev yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Onu da əlavə edək ki, bir uşaq atası olan N. Əliyev əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.