Nizami rayonunda terror kimi talan: Arif Qasımovun fəaliyyət xronikası
01-noy-2016Ölkə gündəmində ciddi müzakirələrə səbəb olan kadr dəyişikliklərindən sonra öz işinin öhdəsindən gəlməyən, fəaliyyətdə olduğu müddətdə adı korrupsiya və rüşvət siyahılarında ilk pillələrdə qərarlaşan bir çox məmurların da növbəsinin çatdığı haqqında informasiyalar yayıldı. Yeni dövrdə, tamamilə yeni iqtisadi münasibətlərin qurulduğu zamanda icra başçılığından daha çox biznesmen kimi ad çıxaran bir çox məmurların da vəzifəsi ilə vidalaşacağı gözləniləndir. Belə ki, uzun illər vəzifə səlahiyyətlərindən öz şəxsi biznes maraqları üçün istifadə edən, rəhbərlik etdiyi rayonu az qala özəlləşdirən məmurlar indiki iqtisadi tələblərə cavab vermir, həm xalq, həm də iqtidar düşərgəsi tərəfindən narazılıq doğurur. Bu istiqamətdə cumhuriyyet.az-a daxil olan məlumatlarda məmurluq karyerası dövründə adı bir çox korrupsiya qalmaqallarında çəkilən və rəhbərlik etdiyi rayonlarda heç bir uğur qazana bilməyən Arif Qasımovun adı vəzifədən alınacaq məmurlar içərisində ilk sıralarda çəkilir. Ona göstərilən etimadı doğrultmaq üçün kifayət qədər zamanı olmasına baxmayaraq A. Qasımov hər zaman şəxsi maraqlarını ön plana çəkib. Nizami bələdiyyəsinin sədri olduğu dövrdə də, Siyəzənin icra başçısı olduğu müddətdə də belə olub, bu gün də belədir.
Bəs kimdir Arif Qasımov? Nizaminin yeni icra başçısı haqqında nə bilirik? Bu günə qədər onun hansı fəaliyyətləri barədə məlumatlar yayılıb? Bu və digər suallara cavab tapmaq üçün onunla bağlı müəyyən araşdırmalar apardıq. Və qısa zamanda icra başçısının fəaliyyəti, bu günə qədər gördüyü qanuni və qanunsuz işləri barədə cumhuriyyet.az olaraq media üzərindən araşdırmalar sayəsində yetərincə məlumat topladıq.
Nizami rayonu üçün “11 sentyabr günü”
Amerikanın Nyu-York şəhəri üçün təqvimin 11 sentyabr səhifəsi necə faciəlidirsə, Bakının Nizami rayonu üçün də 22 sentyabr az qala o qədər müsibətli tarixdir. Çünki məhz həmin gün Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Hörmətli oxucular elə başa düşməsinlər ki, biz Arif Qasımova etimad göstərib onu rəhbər vəzifəyə təyin edən ölkə başçısının fəhminə şübhə ilə yanaşırıq. Əsla yox! O vaxt hələ keçmiş MTN də mövcud idi, o qurumun başçısı Eldar Mahmudov da dövlət. dövlətçiliyə sadiq adam sayılırdı.
Hazırda baxımsız zonaya çevrilən Nizami rayonunda yollardan tutmuş, insanların yaşayış səviyyəsinə kimi vəziyyət pisləşib. Rayonun yol infrastrukturu, küçələrin bərbad hala düşüb, ağacların kəsilərək ərazilərin satılması adi hal alıb. Nizami rayonunda avtoyuma məntəqələrinin durmadan artması mənfi tendensiyaya çevrilib. Bu məntəqələrdə su oğurlanır, israf edilir, hökumət isə bu vacib nemətin qiymətini qaldırmağa məcbur olur. Kamaləddin Heydərovun adından pul yığır? Özünün dəbdəbəli kreslosu – “şah taxtı” ilə gündəmi zəbt edən Bakının Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovla bağlı maraqlı bir iddia sahibkarlardan tələb olunan “haqqın” fövqəladə hallar naziri Kamaləddin Heydərovun adından istənilməsidir. Bildirilir ki, RİH rəsmiləri sahibkarlarla qeyri-rəsmi söhbətlərində Arif Qasımovun icra başçısı kreslosunda yalnız görüntü xatirinə əyləşdirildiyini, rayondakı bütün işlərin isə Kamaləddin Heydərovun qohumları və yaxın adamları tərəfindən həyata keçirildiyini iddia edirlər.
Rayonda kimlər racon kəsir?
Nizami rayonu ilə bağlı mediada yer alan xəbərləri cumhuriyyət.az olaraq xatırladaraq bildirək ki, icra başçısı Arif Qasımovun təyinatındna sonra bu rayonda gizli kazinolara çoxalmağa başlayıb. İcra hakimiyyətinin himayəsi ilə işlədilən bu kazinolardan ayda külli miqdarda xərac toplanılır. İnformasiya mənbəmiz Nizami rayonunda kazinolardan xərac yığılmasına icra başçısının qardaşı Vuqar Qasımovun və Nizmai icra hakimiyyətininTəsərrüfat Şöbəsinin müdiri Tariyel Tahirov birbaşa rəhbərlik edirlər.
Mənbəmiz qeyd edir ki, Tarıyel Tahirovla başçının qardaşı həmçinin Nizami rayonundakı sahibkarlara açıq aşkar haqq qoymağa başlayıblar. Belə ki, rayonda həyata keçirilən abadlıq, quruculuq işlərinin əksəriyyəti həmin iş adamlarına yüklənilib. Bundan başqa cumhuriyyet.az-a daxil olan məlumatda Nizami rayonundakı torpaq satışı işinə yenə də Vuqar Qasımovla Tariyel Tahirov nəzarət etdiyi bildirilir. Buna misal olaraq Qara Qarayev metrosunun ətrafında kəsilən ağaclaırn yerinin məhz Tariyel Tahirov tərəfindən bu yaxınlarda bir iş adamına 200 min manata satıldığı göstərilir. İnormasiya mənbəmiz qeyd edir ki, hazırda Tariyel Qarayevlə Vuqar Qasımovun böyük bir dəstəsi mövcuddur. Bu dəstə əsasən rayon ərazisində tikili aparan, ev tikən, hasar tikən, həyət evinin üstün dəyişən, mansar tikən, obyekt tikən, obyektini böyüdən və sair iş görən bütün vətəndaşlara nəzarət edir. Rayon ərazisində sadaladığıımız bu işləri həyata keçirtmək istəyən ilk növbədə Vuqar Qasımovla Tariyel Tahirovu görməlidirlər. Başqa bir məlumatda isə qeyd edilir ki, Tariyel Tahirovla Vüqar Qasımovun Nizami rayonundakı kazino və ahibkarlara qoyduqları xərac işlərini şərurlu iş adamı Ramin adlı şəxs həyata keçirir.
Eldar Əzizovun obyekti sökülüb
15 ildən artıq müddətdir ki, Nizami rayonu R. Rüstəmov küçəsi ilə N. Şərifli küçəsinin kəsişməsində (Azpetrolla üzbəüz) yerləşən Eldar Əzizova məxsus olduğu iddia olunan birmərtəbəli obyekt ötən ilin fevral ayından “Rahat Marketlər” şəbəkəsinə icarəyə verilib. Rayondan cumhuriyyet.az-a daxil olan məlumata görə, icarənin ilkin aylarından obyekt normal fəaliyyət göstərsə də ilin sonundan Nizami RİH-i magistral yolda qəza şəraitlərinin baş verməsini əsas gətirilərək obyektin qarşısında müştərilərin maşınlarının saxlanılmasına qadağa qoyub. Bu qadağadan sonra Eldar Əzizovun icarəyə verdiyi ticarət obyektində alverin dövriyəsində ciddi formada azalma müşahidə olunub. Yaranmış vəziyyət “Rahat Market” şəbəkələrinin müdiriyyəti tərəfindən Eldar Əzizova izah edildikdən sonra icarə qiymətində dəyişikliklər edilib. Məlumata görə, icarə qiymətlərinə edilən bu dəyişikliklər də obyekti “dirildə” bilməyib. Bundan sonra Eldar Əzizov Arif Qasımova özünə yaxın müəyyən kanallar vasitəsilə ismarıclar göndərsə də Arif Qasımov qadağasını aradan qaldırmayıb. Əksinə, deyilənə görə Arif Qasımov Eldar Əzizovun “elçilərinə” obyektin ümumiyyətlə qanunsuz tikildiyini bildirib.
Qeyd edək ki, məlumata görə, Eldar Əzizova məxsus olduğu deyilən bu obyekt əvvəllər əslən Xocavənd rayonundan olan Yelmar adlı iş adamı tərəfindən idarə olunub. Əldə etdiyimiz məlumata görə, Yelmar adlı biznesmenlə Eldar Əzizovun Binəqədi rayonunda şərikli gön-dəri sexləri də var. Onu da nəzərinizə çatdıraq ki, Eldar Əzizovun biznesmen dostu bir vaxtlar metronun Koroğlu stansiyasının yaxınlığında olan “Bakı-Gön-Dəri” ASC-nin direktor müavini işləyib. “Bakı-Gön-Dəri” ASC-nin direktoru isə indi ömürlük həbsdə olan qanqster Hacı Məmmədovun oğurlamaq istədiyi yəhudi əsilli məşhur iş adamı Yaruxom İliyev olub.
Talan
Nizami rayonundan daxil olan digər bir məlumatlarda xüsusi olaraq vurğulanır ki, Arif Qasımovun rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanların rayonun təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və bir çox digər sahələri də acınacaqlı duruma gətirilib. Mənbə cumhuriyyet.az-a deyir: “Nizami rayonunda boş torpaqlar artıq çoxdan satılıb tükəndiyindən, icra başçısı indi də dövlətin balansında olan torpaqları satmağa başlayıb. İş o yerə gəlib-çıxıb ki, hətta neftayırma zavodunun ərazisini də Arif Qasımovdan qoruyub-saxlamaq mümkün olmayıb. “Xəmsə” şadlıq evinin arxasında yerləşən bu ərazidən zavoda gedən borular, eləcə də dəmiryolu xətti keçirdi. Lakin bir müddət əvvəl dəmir yolunun üstünü betonlayıb, xətti gizlətdilər. Bundan sonra ümumilikdə 30 sot (3000 kv.m) sahəsi olan bu ərazi ayrı-ayrı şəxslərə satıldı. Hal-hazırda həmin ərazidə hər biri təxminən 5 sotluq sahədə yerləşən 6 villa inşa olunub. Məlumdur ki, Arif Qasımov bu torpaq sahələrini rayon mənzil-kommunal istismar idarəsinin rəhbərliyinin əli ilə satıb. Həmin əraziyə görə idarənin rəisi Qara müəllim və baş mühəndis Hüseynağa müəllim vətəndaşlardan ümumilikdə 300 000 (üç yüz min) manat məbləğində pul alıblar. Təbii ki, bu məbləğin əsas hisəsi, bəlmə də hamısı birbaşa Arif Qasımova çatıb”.