İlham Əliyevin bu hərəkəti ölkəni silkələyəcək
01-noy-2016İlham Əliyevin bu hərəkəti ermənistanı silkələyəcək
İlham Əliyevin ermənilərə Qarabağ mesajı...
Ermənilər status məsələsində bundan o tərəfə gedə bilməyəcəklər.
Bu sözləri açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.
Deputat Azərbaycanın paket həll variantından çoxdan imtina etdiyini və heç vaxt bununla razılaşmayacağını bildirib:
“Ermənilər əvvəlcə status məsələsinin müzakirə olunmasında təkid edirlərsə, hesab edirəm ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar statusun verilməsi ilə razılaşmalıdırlar. Prezidentin birbaşa Rusiyadan Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı verdiyi muxtar respublika mesajı, əslində, o anlama gəlir ki, Azərbaycan bundan artıq güzəştə getməyəcək və daha artığı qeyri-mümkündür. Bir məsələ var ki, mərhələli həll planı çərçivəsində status məsələsi hələlik müzakirə olunmur. Bunun da səbəbi aydındır. Yəni ermənilərin statusla bağlı israrı elə, əslində, paket həll variantıdır ki, Azərbaycan da bundan çoxdan imtina edib”.(axar.az)
Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət öncə “Sputnik”ə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı kompromisin mümkünlüyünü dilə gətirib və bunun muxtar respublika formasında ola biləcəyini açıqlayıb.