Türkiyə Suriya ilə bağlı son nöqtəni qoydu
01-noy-2016Ya Menbiç PYD-dən tamamilə təmizlənəcək, ya da Menbiçin azad edilməsi üçün Azad Suriya Ordusuna (ASO) lazımi dəstək veriləcək.
Axar.az xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş deyib.
“Türkiyə sərhədlərinin qorunması üçün Suriyada “Fərat qalxanı” əməliyatı başlatmışıq. Planlaşdırılan kimi davam edir. Ankara hədəflərini müəyyələşdirərək təhlükəsiz bölgənin yaradılması üçün ilkin addımlar atır. Əlaqədar dövlətlərlə diplomatik danışıqlar aparılır. ASO-ya logistik dəstək verilir”, - Qurtulmuş bildirib.
Türkiyə rəsmisi onu da əlavə edib ki, Haşdi Şabi qruplaşmasının Mosula girməsinin qarşısı alınacaq.