ABŞ Güləni Türkiyəyə verir - Son hazırlıq
01-noy-2016Ədliyyə naziri Bəkir Bozdağın ABŞ-a səfəri ölkələrarası əlaqələri daha da konkretləşdirib. Fətullah Gülənin ya müvəqqəti həbsi, ya da ekstradisiya edilməsi prosesini sürətləndirib.
Axar.az xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş deyib.
Qeyd edək ki, Ədliyyə naziri Bəkir Bozdağ terrorçubaşı Fətullah Gülənin ekstradisiya məsələsini geniş müzakirə etmək üçün ötən həftə ABŞ-a səfər etmişdi.