Nərimanov rayonunda “Mənim intellektim” adlı layihənin final oyunu və bağlanış mərasimi keçirilib.
31-okt-201631 oktyabr 2016-cı il tarixdə “Premier Expo” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Mənim intellektim” adlı layihənin final oyunu və bağlanış mərasimi keçirilib.
İlk öncə qonaqları salamlayan layihə rəhbəri Mahir Quliyev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verdi. M.Quliyev qeyd etdi ki, layihənin məqsədi məktəblilərin intellektual və yaradıcı inkişafına təkan vermək, şagirdlərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunması və asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə və gənclərin təhsilli böyüməsinə dəstək olmaqdır.
Bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini qeyd etmişdir. N.Novruzov bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənclərin təhsilinə, elminə göstərdiyi xüsusi diqqət və qayğısı göz qabağındadır.
Qeyd edək ki, layihədə ümumillikdə 90 nəfər şagird iştirak edərək birinci yer uğrunda mübarizə aparmışdır. Final oyunundan sonra I yeri 45 saylı məktəbin, II yeri 93 saylı məktəbin, III yeri isə 57 saylı məktəbin komandaları tutmuşlar.Sonda qalib gəlmiş və fəal iştirak etmiş komandaların üzvləri diplom, sertifikat və hədiyyələr ilə təltif olunmuşlar.
.