Bu gün:
Xezer.info » Xəbər » "İdarə müdiri mənə qarşı təxribatla məşğuldur" - Lənkəran sakini

"İdarə müdiri mənə qarşı təxribatla məşğuldur" - Lənkəran sakini


"İdarə müdiri mənə qarşı təxribatla məşğuldur" - Lənkəran sakini
ənkəranda məmurlar haqqında yazmaq olmaz, yoxsa özünü məhkəmə hakiminin qarşısında görəcəksən!"

Arqument.Az xəbər verir ki, bunu Lənkəran şəhər sakini, Xiyabani - 157, mənzil 8-də yaşayan təqaüdçü Nazim Məmmədov Prezidenti İlham Əliyevə ünvanladığı müraciətdə qeyd edib.

N.Məmmədov müraciətdə qeyd edir ki, o, Lənkəran "Su Tikinti İdarəsinin sədri Həsənağa Ələkbərovun dövlət əmlakını mənimsəməsi və vergidən yayınmasıla bağlı ölkə başçısına müraciət etdikdən sonra məhkəməyə verilib və idarə müdiri tərəfindən təzyiqlərə məruz qalıb: "Lənkəran rayonun Nərimanabad kəndində qeydiyyatda olan (yaşayış yeri məlum deyil) Ələkbərov Həsənağa Məhərrəm oğlu, iddiaçı şəklində məhkəməyə müraciət etmək hüquqi var, ancaq Ələkbərov Həsənağa Məhərrəm oğlu iddaçı kimi yox, Lənkəran rayon Məhkəməsinin hakimi Elçin Kazımovun adından çıxış edir. Hələ heç bir məhkəmə olmadan Ələkbərov Həsənağanın Məmmədov Nazimin cavabdeh adlandırması, guya ona mənəvi ziyanın vurulması haqqında, ondan mənəvi ziyana görə pulun (hansı pulun) təzminatın ödənilməsini məhkəmədən xahiş edir. Mən belə başa düşürəm ki, Ələkbərov Həsənağa həm iddiaçı qismində, həm də məhkəmə sədri vəzifəsini öz çiyinlərinə götürüb. Hətta qaldırdığı vəsatətlə bağlı xüsusi qərardad çıxarılmasını özü təsdiq edir. Mən heç vaxtı, heç kimi təhqir və heç kimə böhtan atmamışam. Azərbaycan Respublikasının Prezidenti və əlaqədar Nazirliklərə dəfələrlə müraciətlər etmişəm. Müraciətimdə Lənkəran Su Tikinti Müəssisəsinin sədri Həsənağa Ələkbərovun idarənin maliyyə-təsərrüfat fəaliyyətində dövlət əmlakının mənimsənilməsi və vergidən yayınması haqqında cinayət tərkibili faktlar barədə məlumat vermişəm. Əslində, mənim yazdıqlarım xalqın və dövlətin mənafeyi üçündür. Bunun sübutu kimi məndə Ələkbərov Həsənağa haqqında cinayət tərkibli faktlar var. Yerli məmurlar Ələkbərov Həsənağanın cinayət tərkibli faktlarının araşdırılmasına imkan vermirlər. Onu da qeyd etmişəm ki, hər kəs yerində cənab Prezidentimiz İlham Əliyevə məqsədyönlü dəstək verilsə, nailiyyətlərimiz, uğurlarımız daha çox olar. Təəssüf ki, yerlərdə dövlət başçımıza kölgə salan bəzi məmurlar ustalıqla maskalanaraq yalnız öz maraq dairəsindən çıxış edirlər. Bu da xalqa çox baha başa gəlir".

Lənkəran sakini bildirir ki, bundan öncə rəsmi qaydada ölkə başçısına yazdığı müraciətdəki hər bir ifadəyə görə faktlar təqdim edə bilər: "Mən ölkə başçısına yazdığım hər sözə görə cavabdehlik daşıyıram. Siz isə törətdiyniz cinayətlərə, dövlət əmlakını mənimsəməklə, rüşvətxorluq, vergidən yayınmaqla dövlətə vurduğunuz ziyana görə gec-tez məsuliyyətdən yaxanızı qurtara bilməzsiniz. Bəli, cənab prezidentimiz təkcə xarici siyasətində deyil, daxili siyasətində də hər bir vətəndaşının karantı kimi çıxış edir. O, həmişə çıxışlarında ölkəmizdə korrupsiya, insan hüquqlarının pozulmasını, vətəndaşların şikayətlərinə düzgün baxılmasını, haqq-ədalətin bərpasını vəzifəli şəxslərin qarşısında birinci tələb kimi qoyub. Bəli, hər bir vətəndaş öz prezidentini qorumalıdır. Əgər ölkə başçısı hər bir çıxışında vətəndaşının yanında olduğunu bəyan edirsə, hər bir vətəndaş da baş verən məmur özbaşınalığından ölkə başçısına məlumat verməyə borcludur. Mən düzgün göstərmişəm ki, bəzi məmurların rüşvətxorluğu vətəndaşlarına qarşı düzgün mövqedə olmaması, yalan yazılı ifadələri ilə əlaqədar naziliklərə, ordanda dövlət başçısına çatdırılmasaydı, Ələkbərov Həsənağa kimi adamların vəzifə səlahiyyətlərindən süi-istifadə edərək dövlət büdcəsinə vurduğu külli miqdarda vəsaitlərə görə cinayət məsuliyyətinə cəlb olunardı. Əksinə, mənə qarşı hətta məsuliyyətdən qaçmaq üçün dövlət başçısının adından da qorxmayaraq qruplar yaradır. Hansı yol ilə mümkündürsə, məni öz yolumdan uzaqlaşdırmaq istəyir və hakim Elçin Kazımovdan istifadə etməklə məndən təzminat tələb edir".

Təqaüdçü deyir ki, Su Tikinti İdarəsinin müdiri ondan ölkə başçısına ünvanladığı müraciətə görə təkzib verilməsini tələb edir: "Məndən təkzib istəyir. Mən ona müraciət edərək dedim ki, Ələkbərov Həsənağa müəllim, qaldırdığınız vəsatətdə sənin haqqın çatmır ki, mənim ölkə başçısına yazdığım müraciətlərə təkzib verəsən. Sənə bu hüququ heç kim verməyib. Mən kimə nə yazdığıma özüm qərar verirəm. Qoy ədalət kimin haqlı olub-olmadığını müəyyənləşdirsin. Onun işlədiyi dövrdə dövlət əmlakının mənimsənilməsindəki cinayətləri, hansı məmurların ona havadarlıq etməsi hamı kimi mənə də məlumdur. Məhkəmədən xahiş edir ki, məni cinayət məcəlləsinin 323-cü maddəsi ilə qərardad çıxartsın. Amma bir Atalar sözünü də unudur: "Başqasına quyu qazan, özü düşər". Əmin olun ki, Nazim Məmmədov ona qarşı bütün faktları gec-tez üzə çıxardacaq. Cənab Prezident, mən sizə inanıram və bilirəm ki, Ələkbərov Həsənağa Məhhərrəm oğlu və bu gün havadarlıq edən məmurlar cəzalarına çatacaqlar".

Şikayətçi deyir ki, idarə müdiri mediada da onun haqqında şantaj xarakterli məlumatlar yaydırır: "Mən bir daha cənab Prezidentimizə, onun köməkçisi Əli Həsənov cənablarına, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri hörmətli Əflatun Amaşova müraciət edirəm. Mən haqqımda şantaj tipli məlumatlar yayan o saytları və jurnalistləri görməmişəm, tanımıram da. Adlarını da bilmirəm. Bütün bu oyunların arxasında Həsənağa Əkbərun dayandığını bilirəm. Təqaüdçü olsam da, sahibkarlıqla da məşğul oluram. Əksinə, sahibkarlığın inkişafına imkan dairəsində köməklik göstərirəm. Heç bir sahibkara qarşı mənim hörmətsizliyim olmayıb. Heç bir jurnalisti və sahibkarı da təhdid etməmişəm. Mən ancaq Ələkbərov Həsənağanın vəzifəsindən sui-istifadə edərək, dövlətə vurduğu külli miqdarda vəsaitinin mənimsənilməsinə görə ölkə başçısına, əlaqədar nazirliklərə müraciətlər etmişəm. Əlbəttə, mənə qarşı Ələkbərov Həsənağa tərəfindən yönəlmiş belə təxribatçı addımlara görə məsuliyyət onun üzərinə düşür. Mən həmişə cənab İlham Əliyevin tutduğu mövqeyi dəstəkləmişəm və ömrüm boyu da dəstəkləyəcəyəm. Ona görə də Azərbaycan vətəndaşı olmağımla hər yerdə fəxr etmişəm. Fəxr etmişəm ki, ən çətin günlərində ölkəsini, xalqını özünə arxa, dayaq bilib. Məndə olan mövcud əsaslara istinadən "Lənkəran Su Tikinti”MMC-nin rəisi Ələkbərov Həsənağa Məhərrəm oğlu haqqında Lənkəran Hüquq Mühafizə orqanları tərəfindən araşdırılmadan əlehimə yanlış məlumatlar yuxarı orqanlara verilib. Ona görə də cənab prezidentə müraciət edərək bu məsələni diqqətdə saxlamağı və günahkarların cəzalandırılmasını xahiş edirəm".

Qeyd edək ki, bu müraciət rəsmi qaydada ölkə başçısına ünvanlanıb. Nazim Məmmədov həmin müraciətinin bir surətini də Arqument.Az-a təqdim edib.

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.