Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsinin rəisi Mətləb Murquzov Prezident tərəfindən cəzalanacaq
28-okt-2016Hərbi çağırış sistemi Müdafiə Nazirliyinin səlahiyyətindən alınıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) veriləndə çoxları SHXÇDX sahədə ki, özbaşınalıqlara, qanunsuzluqlara son qoyulacağına ümid edirdi. Amma bunun əksi baş verdi.
Mətləb Murquzov ona edilən etimadı tam doğrultmur. Bununla bağlı ilk öncə qeyd edək ki, Azerinfo.az-ın elektron ünvanına göndərilən faktlar bütün ölkədə, o cümlədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsində şok effekt yaradacaq.
Redaksiyamıza sızan informasiyalarda bildirilir ki, Mətləb Murquzov açıqladığımız faktlardan qorxuya düşüb. Şöbənin rəisi, polkovnik-leytenant Mətləb Murquzov gənclərin hərbi xidmətə yola salınması işində öz maraqlarını ön plana çəkir: «Azərbaycan hazırda müharibə şəraitində yaşayır. Aprel ayında baş verən döyüşlərdən sonra ordumuzun gücü, qüdrəti özünü bir daha göstərmiş oldu. Təəssüflər olsun ki, Mətləb Murquzov kimi səlahiyyətli şəxslər ordu sıralarına xidmətə yararsız gəncləri göndərərək ordumuzun gücünün azalmasına rəvac verirlər. Bütün bunlar bir yana, məlum olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsində çağırış mövsümlərində onlarla vərəm xəstəsini orduya cəlb edib ki, artıq bunun yaratdığı ajiotaj xidmət rəisi Mətləb Murquzovun işini çətinləşdirib. Mətləb Murquzovun orduya çağırdığı xəstə əsgərlərin siyahısında kifayət qədər gəncin adı var. Artıq məsələ yuxarı dairələrdə belə müzakirə olunub və hətta Mətləb Murquzovu istefaya göndərilməsi belə gündəmə gətirilib. Hər halda, ruhi və fiziki sağlamlığı yerində olmayanları, hətta vərəm xəstələrini belə, orduya cəlb etməklə sonradan «bir ayın əsgəri intihar etdi» xəbərlərinin hazırlanmasında səbəb rolunu oynayan Mətləb Murquzovun bütün bu özbaşınalıqlarına görə kimsə cavab verməlidir.
Mətləb Murquzov xəstə çağırışçıları orduya cəlb etməklə hansı qanunsuzluqlara yol açır, bununla da orduda əsgər ölümlərinin, qeyri-döyüş itkilərinin sayının artmasına rəvac verir. İndi bildinizmi cəbhə xəttindəki hərbi hissələrdə, eləcə də digər hərbi hissələrdə qalaqlanan əsgər tabutlarının səbəbkarları kimlərdir?
P.S. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsinin rəisi Mətləb Murquzovun qanunsuzluqları davam etdikcə, yazının ardı mütləq olacaq. Bizi izləyin.
Qarşı tərəfin də mövqeyini dərk etməyə hazırıq.