Hacı Səmədağa oğlu Təbrizi kimin vasitəsilə həbsdən xilas edib?
28-okt-2016«Faiz Hacı»nın sələmə buraxdığı pulların faizini verə bilməyənlərdən bəziləri özünə qəsd etmək zorunda qalıb O, əldə etdiyi gəlirdən dövlətə vergi verməkdən boyun qaçırır Bu gün Şirvan şəhər sakinləri, o cümlədən ətraf rayonlarda yaşayan əhali sələmçiliklə məşğul olan Hacı Səmədağanın əməllərindən təngə gəlib. Belə ki, faizə pul verməyin İslam dininin qaydalarına görə haram, ən böyük günahlardan olduğunu bildirən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, hazırda Şirvan sakinlərinin bir çoxunun Hacı Səmədağaya külli miqdarda borcu var. Hacı Səmədağanın Şirvan və ətraf rayonların sakinləri arasında məhz «Faiz Hacı» ləqəbilə tanındığını iddia edən mənbənin sözlərinə görə, həmin bölgədə kimin pula ehtiyacı yaranırsa, dərhal sələmçi Hacı Səmədağaya üz tutur: «Deyilənlərə görə, Şirvandakı ticarət mərkəzinin qarşısında sanki həmişə qələbəlik olur. Ona görə yox ki, buralara camaat ticarət emək üçün axışır. Camaat ticarət mərkəzinin düz qarşısında, küçənin ortasında qoyulmuş və üstü külli miqdarda pul-para ilə dolu təmtəraqlı masanın arxasında Hacı Səmədağanın ədəbli-ərkanlı oturuşuna tamaşa etmək üçün yığışmır. Sadəcə şərtlərindən asılı olmayaraq sələmə pul verildiyini eşidən-bilən ehtiyaclılar bura üz tutur. «Faiz Hacı» ləqəbilə tanınan Hacı Səmədağa da cangüdənlərin müşayiəti ilə şərtlərini qəbul etdirdikdən sonra əliaçıq və üzüyola adam obrazında hökmünü işə salır. Onu da qeyd edim ki, Hacı Səmədağanın qəribə xasiyyətləri var. Elə ki, sələmə pul verir, sanırsan ki, necə də insaf boğçasının ağzını açıb, səxavət göstərir. Vay o gündən ki, borcun faizini gecikdirəsən. Onda onun üzünü görmə, adam əməllicə dönür. Borclunun heç ağzını açmağa belə qoymur. Qoçularını üstünə gondərəcəyi ilə hədələyir. Di dur cavab ver, görüm necə verirsən». Bu arada, Hacı Səmədağanın çevrəsinə yaxşı bələd olan məlumatlı şəxs iddia edir ki, onun sələmə buraxdığı pulların faizini verə bilməyənlərdən bəziləri çıxılmaz vəziyyətdə özünə qəsd etmək zorunda qalıb: «Deyilənlərə görə, bu kimi hallar Hacı Səmədağanın heç vecinə də deyil. Bildirilir ki, onun özünə bu arxayınlığı bəzi vəzifəli məmurlarla yaxın əlaqələrindən irəli gəlir. Onlardan hətta bəzilərinin sələmçi Səmədağa ilə biznes ortaqlığı da üzə çıxıb. Deyilənlərə görə, «Faiz Hacı» səhərdən axşama kimi bazarda oturur və kimə sələmə pul lazımdırsa verir. Lakin bunun əvəzində əldə etdiyi gəlirdən dövlətə vergi ödəmir. Dilindən müqəddəs yerləri ziyarət etməsi düşmür, hər sözünün əvvəlində «mən hacıyam» deyib faizlərin vaxtlı-vaxtında ödənilməsini istəyir. Amma başa düşmür ki, İslam dininə görə, faizə pul vermək haram sayılır» Hazırda bazarda alver edən ticarətçilərin əksəriyyətinin Hacı Səmədağaya borcu olduğunu vurğulayan mənbənin sözlərinə görə, alver edib pul qazanan ticarətçilər ancaq Hacının faizlərini verməyi düşünürlər: «Deyilənlərə görə, Hacı Səmədağa faizləri verə bilməyən şəxsin evini, əmlakını satdırır. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, Hacı Səmədağa bir müddət əvvəl bəzi əlaqələrindən istifadə edərək oğlu Təbrizi hüquq-mühafizə orqanlarında işə düzəltməyə çalışırdı. Lakin nədənsə onun oğlu Təbrizin haqqında elə də yaxşı sözlər demirlər. Hətta bildirilir ki, bir müddət öncə onun işi prokurorluqda araşdırılıb. Deyilənlərə görə, həmin vaxt «Faiz Hacı»nın oğlu həbs təhlükəsilə üz-üzə qalmışdı. Lakin Hacı Səmədağa bəzi şəxsləri araya salmaqla məsələni yoluna qoymağa, oğlunu real həbs təhlükəsizdən xilas etməyə müvəffəq olub».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.