Bu gün:
Xezer.info » Eksklüziv » Oqtay Şirəliyev toy-bayram edir, baş həkimlər qurbanlar kəsir

Oqtay Şirəliyev toy-bayram edir, baş həkimlər qurbanlar kəsir


Oqtay Şirəliyev toy-bayram edir, baş həkimlər qurbanlar kəsir
Səhiyyə naziri Oqtay Şirəliyev təntənəli şəkildə mərasim keçirib və ziyafət verib. Nazir 2008-ci ildə verdiyi sərəncamın əhəmiyyətsiz olmasına sevinərək bayram edib... Xezer.info yazır ki, politika.az-ın məlumatına görə, xalq üzərində növbəti töycü, biar, xərac kimi vergilərdən fərqlənməyən pullu tibbi xidmət qərarı nazirlikdə toy-bayrama səbəb olub. Bu şənliyə Bakı və regionlardakı baş həkimlər də qoşulub. Onlar qurbanlar kəsir, nəzir-niyaz verir, ehsan paylayır. Çünki xalqı açıq şəkildə soymaq süçün heç bir maneə qalmadı. İndi heç bir pasient nə şikayət edə bilər, nə də haqqını tələb. Onun qarşısına təzə qərarı qoyub deyəcəklər ki, hər şey qanunidir, rəsmidir. Bununla da rüşvəti səhiyyədə leqallaşdıran Nazirlər Kabineti və Səhiyyə Nazirliyi Avropa tibbindən daha yüz min kilometrlərlə uzaqlaşaraq yaxın Afrika ilə bərabərləşməkdədir. Ölkədə sosial vəziyyətin getdikcə pisləşdiyi bir zamanda NK-nın bu addımı xalqa xəyanətdən başqa hem nə deyil. İnsanlar dərman almağa, müalicə olunmağa pul tapmır. Minlərlə vətəndaş xəstəxana qapılarında süründürülür, pulsuz əməliyyat olunmur, qaynar xəttə hər gün yüzlərlə şikayət edilir. Onsuz da bu müraciətlər nəticəsiz qalırdı. İnnən belə daha da vəziyyət ağırlaşacaq. Məlumata görə, mətbuatda tez-tez şikayətlər tirajlanırdı, rayon xəstəxanalarında baş həkimlərin soyğunçuluğundan bəhs edilirdi. Vətəndaşlar pulsuz tibbi xidmət olmadığını deyərək həkimləri rüşvətxorluqda itiham edirdi. Az-çox onlar da çəkinir, özlərinə çəki-düzən verirdilər. Bu qərardan sonra həkimlərin əl-qolu açıldı, hamı bayram edir. Bundan sonra soy, soya bildiyin qədər...Bu qərar bütün baş həkimlərin və dövlət klinikaları rəhbərlərinin ürəyinə yağ kimi yayılıb. Bu, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb. Nizamnaməyə əsasən indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığı nın qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri NK tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq. Nizamnaməyə edilən digər dəyişikliyə əsasən bələdiyyə adından yaradılan müəssisələrdə pullu tibbi xidmət göstəriləcək. Yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda müəyyən edilmiş pulsuz tibbi xidmət göstərmə halları istisna olacaq.