Diplomsuz stansiya rəisinin arxasında Əşrəf Məmmədəliyev dayanır?
28-okt-2016Sahibkarlara qənim kəsilən Tural Mehdiyev hər ay Yük Daşımaları Departamentinin rəisinin evinə bazarlıq etdiyini deyir
Ötən həftə "Azərbaycan Dəmir Yolları” QSC-tərkibində fəaliyyət göstərən Daşburun stansiyasının rəisi Mehdiyev Tural İlham oğlunun ali təhsili olmadığı halda adı çəkilən stansiyanın rəisi işlədiyini qeyd etmişdik. Həmin yazıda bildirmişdik ki, stansiya rəisi himayədarına arxalanaraq Daşbrun stansiyasını özünün şəxsi obyekti kimi idarə edir. İş o yerə çatıb bəzi kiçik sahibkarlar Tural Mehdiyevin bu özbaşınalıqlarından bezərək dəmir yol nəqliyyatından istifadə etməkdən imtina ediblər.
Qeyd etmişdik ki, stansiya rəisi vəzifəsindən sui-istiffadə edərək ən yaxın adamı, mühasib işləyən İlqar Həsənovla baş-başa verərək çoxlu sayda maxinasiyalar etməklə dövlətimizə külli-miqadrda ziyan vururlar. Tural Mehdiyevlə İlqar Həəsnovun birlikdə gördükləri maxinasiyasının isə yüklərini daşımaq istəyən iş adamlarına Daşburun stansiyasından verilən çeklərdə qiymət 5 dəfə artıq göstərilməsi qeyd edilmişdi. "Azərbaycan Dəmir Yolları” QSC-yə göndərilən maliyyə sənədlərində isə həmin məbləğ iş adamlarına verilən çeklərdə göstərilən rəqəmin 20 faizi həcmində əksini tapır. Heç bir sahibkarın onlara Daşburun stansiyasında verilən çeklərdəki məbləği "Azərbaycan Dəmir Yolları” QSC-yə göndərilən çekin "kopya"sı ilə üzlaşdırmağa həvəs göstərməməsi Tural Mehdiyev və İlqar Həsənov cütlüyünün işinə yarayır. Dövlətdən böyük həcmdə maxinasiya edən cütlüyün qiymətlərdən narazı qalan iş adamlarını müxtəlif üsullarla "yola" gətirdikləri bildirilir. Bu isə o deməkdir, hər bir sahibkarın Daşburun stansiyasında şərti olaraq verdiyi 100 manatın 70-80 manatının İlham Mehdiyev və İlqar Həsənova çatdığının fərqində olmur.
AzToday.az-ı bilgiləndirən mənbə qeyd edir ki, Daşburun stansiyasında böyük həcmdə vəsaitlər dövlətdən gizli olaraq mənimsənilməkdədir. Mənbənin sözlərinə görə, Daşburun stansiyasının təkcə bir illik fəaliyyəti araşdırılsa böyük maliyyə maxinasıyalarının üstü açılacaq. Mənbə Daşburun stansiyasında baş verənlərdən "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun xəbəri olmadığını, əks təqdirdə tədbirlər görəcəyini də sözlərinə əlavə edir.
Daşburun stansiyası ilə bağlı AzToday.az-a göndərilən digər bir məlumatda vurğulanır ki, rəis Tural Mehdiyev QSC-nin Yük Daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyevə arxalanaraq bu cür qanunsuzluqlar edir. Stansiya rəisi onun arxasında Əşrəf Məmmədəliyevin dayandığını və buna görədə ona heç kəsin heç nə edə bilməyəcəyini açıq şəkildə hər kəsə bildirir. Tural Mehdiyev yaxın ətrafına departament rəisi ilə isti münasibətindən danışaraq ayda bir dəfə Əşrəf Məmmədəliyevin evinə bazarlıq etdiyinidə dilinə gətirir. Görünür Cavid Qurbnovdan gizlin Departament rəisi diplomu olmayan və sahibkarlara qənim kəsilən stansiya rəisinə əməlli-başı havadarlıq etməklə məşğuldur. Bildirək ki Daşburun stansiyasında demək olar mütəmadi olaraq sahibkarlar narazılıq etməklə bərabər, hər gün stansiya rəinin müxtəlif təzyiqlərinə məruz qalırlar.
Yaxın günlərdə bir neçə sahibkar Tural Mehdiyevin özbaşınalıqları barədə saytımız vasitəsi ilə QSC sədri Cavid Qurbanova müraciət edəcəklər. İnanırıq ki, QSC sədri Cavid Qurbanov Əşrəf Məmmədəliyevin himayəsi altında gizlənərək sahibkarlara qənim kəsilən Daşburun stansiyasının rəisi ilə bağlı tədbir görəcək...
Daşburun stansiyasında baş verənlərlə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfi də dinləməyə hazırıq.