İraq hökumətini təmsil edən hərbçilər Mosulun mərkəzi məhəllələrinin 4 km-liyindədir.
"Təsnim" agentliyi xəbər verir ki, bunu Ninova təhlükəsizlik idarəsinin məsullarından biri söyləyib.
Məlumata görə, həmin məhəllə Mosulun əhəmiyyətli yerlərindəndir. İraq Müdafiə Nazirliyinin sözçüsü Yahya Rəsul yaxın günlərdə Mosulda yeni bir cəbhə açacaqlarını da bildirib.
"Haber7"nin məlumatına görə, Mosulun cənubundakı əl-Kayyara hərbi hava bazasından amerikalı polkovnik Kris Parker vəziyyətlə bağlı deyib: "İraq hərbçiləri Mosula yaxınlaşdıqca İŞİD müqaviməti artır".
Mosul əməliyyatının indiki vəziyyətində İraqın şimalındakı kürd muxtariyyətinin başçısı Məsud Bərzani isə Türkiyənin yardımına ehtiyacları olduğunu vurğulayıb: "Türkiyənin dəstəyinə ehtiyac var, ancaq bunun üçün rəsmi Bağdad bunu təsdiqləməlidir".
Xatırladaq ki, Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb