Bu gün:
Xezer.info » Cəmiyyət » 179 saylı məktəbdə mənimsəmə faktları aşkarlanıb - IDDIA

179 saylı məktəbdə mənimsəmə faktları aşkarlanıb - IDDIA


179 saylı məktəbdə mənimsəmə faktları aşkarlanıb - IDDIA
179 saylı məktəbdə mənimsəmə faktları aşkarlanıb Kəmalə Şıxlinskayanı gözləyən “cəza” onun başqa, daha yüksək statusa malik məktəbə direktor təyin edilməsi olacaq Redaksiyamıza yeni daxil olmuş məlumatda Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 179 saylı orta məktəbin fəaliyyətində yer almış neqativ hallara dair açıqlamalar öz əksini tapmışdır. Bu xüsusda redaksiyamıza məlumatı təqdim edən mənbə bildirir ki, bu yaxınlarda 179 saylı məktəbin fəaliyyəti təftiş olunan zaman bir çox qanun pozuntuları, o cümlədən külli-miqdarda maliyyə mənimsəmələrinin yer alması faktları aşkar olunmuşdur. Mənbənin iddiasına görə, hətta iş o yerə çatmışdır ki, bu məktəbin direktoruna himayədarlıq edən yüksək vəzifəli şəxslər belə, məsələnin ört-basdır edə bilməmişlər. Vəziyyətdən yeganə çıxış yolu kimi isə, direktoru başqa məktəbə keçirmək qərara alınmışdır. Təbii ki, yenə də direktor vəzifəsinə. Bizə təqdim olunan açıqlamaya görə, bu transfer yaxın günlərdə baş tutmalıdır. Qeyd edək ki, 179 saylı məktəbin direktoru ötən tədris ilinin əvvəllərində mətbuatın gündəminə özünün “a-lya-western” stilində çəkdirdiyi fotosessiyası ilə gələn Kəmalə xanım Şıxlinskayadır. Həmin vaxt məktəb direktorunun sosial şəbəkələrdə yayımlanmış fotoşəkilləri ilə bağlı mətbuatda maraqlı açıqlamalar da dərc olunmuşdu: “Yeni tədris ili astanasında sosial şəbəkələrdə Binəqədi qəsəbəsi 179 saylı orta məktəbin direktoru Kəmalə Məcid qızı Şıxlinskiyə məxsus maraqlı fotolar yayımlanıb. Bu fotoların mövcudluğundan Mikayıl Cabbarovun xəbəri olsa da, xanım direktorla bağlı qərar qəbul etməkdə tərəddüd edib. Buna səbəb Kəmalə Şıxlinskinin nüfuzlu himayədarlarının olmasıdır. Belə ki, Kəmalə Şıxlinski Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinskinin qızıdır...” Bu məlumat müəyyən qədər maraq kəsb etsə də, etiraf olunmalıdır ki, istənilən halda Şəmkir rayon təhsil şöbəsinin müdiri ölkənin Təhsil nazirinin hər hansı qərar qəbul etməkdə tərəddüd keçirməsinə səbəb ola biləcək qədər yüksək nüfuz sahibi sayıla bilməz. Amma Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, həqiqətən də bir çoxlarının münasibətlərini korlamaq istəməyəcəkləri dövlət məmurlarından biri hesab oluna bilər. Elə məsələ də bundadır ki, Məcid Şıxlinski Xaləddin İsgəndərovun yaxın dostudur. Bir çox mənbələrin iddiasına görə, Kəmalə Şıxlinskaya hazırda tutduğu vəzifəyə də məhz Xaləddin İsgəndərov gətirib. Bu xüsusda yayımlanan məlumatlarda bildirilir ki, Xaləddin İsgəndərov Binəqədi RİH-nin başçısı təyin olunandan sonra, əvvəllər Nərimanov rayonu 82 saylı orta məktəbdə müəllimə işləyən Kəmalə Şixlinskayanı Binəqədi qəsəbəsində yerləşən 179 saylı orta məktəbə direktor təyin edib. Bununla belə, son aldığımız məlumatdan belə aydın olur ki, Kəmalə xanımın yol verdiyi vəzifəsindən sui-istifadə və dövlət vəsaitlərinin mənimsənilməsi hallarını tamamilə qeyd-şərtsiz ört-basdır etmək hətta icra başçısının da imkanları xaricindədir. Məhz buna görə də, 179 saylı məktəbin rəhbərliyində ən yaxın vaxtlarda dəyişiklik gözlənilir. (Bizimdovr.az) Digər tərəfdən isə, bir başqa mənbədən aldığımız açıqlamada Kəmalə Şixlinskayanın gözlənilən yerdəyişməsi tamamilə başqa bir rakursdan qiymətləndirilir: “Kəmalə Şıxlinskayanın başqa məktəbə gözlənilən keçidi heç də onun simvolik də olsa “cəzalandırılması” kimi qiymətləndirilməməlidir. Əvvəla Kəmalə xanım gedəcəyi məktəbə də məhz direktor təyin olunacaq. İkincisi də, bu xanım direktor artıq bir neçə müddət idi ki, öz yaxınları ilə başqa, daha “yüksək statuslu” məktəbə keçəcəyi barədə planları ilə bölüşməkdə idi. Belə demək olar ki, 179 saylı məktəbdə aparılmış yoxlama və onun nəticələri sadəcə bu planın həyata keçməsini bir qədər də sürətləndirən amil kimi çıxış etmiş oldu...” Bizim isə, bütün bu deyilənlərdən gələ bildiyimiz qənaət bu oldu ki, növbəti dəfə orta təhsil müəssisəsində aşkar olunmuş yeyintilərə görə, yenə də cəzalandırılan olmayacaq.
Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.