Əkbər Hacıyev Göyçaylılara zülm edir - Şikayət
26-okt-2016"Azəriqaz” İstehsalat Birliyinin direktoru Əkbər Hacıyev göyçaylıları oktyabrın sazağında soyuqdan öldürür.
Şikayət məktubu yazan rayonun Çaxırlı kənd sakinlərinin sözlərinə görə, bu ilin yanvarında qaz xətti çəkilib. Amma hələ də qaz xətti istifadəyə verilməyib.
Qazın çəkilib kənd sakinlərinin istifadəsinə verilməsinə cavabdeh olan qurum Ağsu Regional Qaz Paylayıcı ASC-dir.
Ə.Hacıyevin idarəsi bu ilin sentyabrınadək xətləri sınaqdan keçirib təhvil verməli idi. Amma nədənsə işlər yarımçıq qalıb. Kənd sakinləri yenə də odun-ocaq tədarük etmək məcburiyyətində qalıblar.
Göyçay sakinlərinin sözlərinə görə, "Azəriqaz” Ağsu Regional İdarəsinin işçiləri abunəçiləri incidir. Onlar qeyd edirlər ki, havalar vaxtından tez soyuyub və evlərdə donurlar.
Ancaq çəkilən qaz xətlərinə mavi yanacaq verilmir ki otaqlar qızsın. Kənd sakinlər deyirlər ki, evlərdə körpə, yaşlı, xəstə olanlar var.
İsti kabinetində oturan idarə rəhbərləri isə kənd camaatının taleyini düşünmür. Çünki onların ailələri və övladları kombisi olan isti evlərdə qış aylarında qolu qısa köynəkdə gəzirlər. Onu dqa deyək ki, 2014-cü ildə Göyçay Qaz İstismar İdarəsinin müdiri Murtuz Salahov işdən azad olunmuşdu.
İdarə müdiri bir çox rayon kəndlərində köhnə qaz borularının kəsilib satılması, müqaviləsiz sayğacların quraşdırılması səbəbindən işini itirdiyi bildirilirdi. Bu da rayondakı vəziyyəti ifadə edir. "Azəriqaz” İB-nin mövqeyini dərc etməyə hazırıq.
tərəfdar.az