NEFTÇALA RAYONUNDA İSMAYIL VƏLIYEVIN ÖZ QANUNLARI VAR-PREZIDENTƏ MÜRACIƏT (FOTOFAKT)
26-okt-2016Neftçalada İcra başçısının öz qanunları var, dəfələrlə yerli sahibkarların incidilməsi,yerli idarəetmə orqanlarının süründürməçiliyi ilə bağlı uluyol.info olaraq reportajlarımız olmuşdur.Bu dəfə mətbuat vasitəsi ilə Prezidentə müraciət edən Neftçala rayon Aşağı Qaramanlı kənd sakini Hacı Xalid Fərəcovun şikayət məktubun təqdim edirik:
"Hörmətli İlham Əliyev, mətbuat vasitəsilə müraciət etməyimə səbəb sizə yolladığım məktubların elə şikayətçi olduğum qurumlar tərəfindən cavab gəlməsidir.Hansı ki, Siz televiziya vasitəsilə bəyan etdiniz ki, müraciət olunan ərizə və şikayətlər 7 gün ərzində icra olunmalı və ya şikayətçinin şikayəti göndərilən rayona və ya yaşadığı yerə göndərilməməlidir. Amma təəssüf ki, Sizin bu göstərişinizə əməl olunmadı.Yenə də əvvəl ki, qaydada kimdən şikayətçi düşdüksə elə həmin qurum və o quruma sərf edən cavab verməklə Dövlətlə vətəndaş arasında uçurum yaratmaqda davam etdilər.Prezident Aparatının beş addımlığında yerləşən məktublar şöbəsinin poçt qutusuna atdığım məktubun üzərinə "Şəxsən İlham Əliyevə" yazılmış fikirlərimdən ibarət mətnə Neftçala icra başçısının müavini tərəfindən cavab gəlir.Hansı ki, bildirilir ki, Prezident aparatına yolladığınız məktuba cavab. Amma mən Şəxsən sizə məktub yollamışam. Bu məktubun rayon icra hakimiyyəti və yaxud başqa qurumların həll etmək iqtidarı olsaydı sizə ünvanlamazdım.Həmin məktublara ölkə taleli məsələlər-Qarabağın həlli istiqamətində fikirlərim,İşsizliyin aradan qaldırılmasından ötrü layihə və xəritəsi belə hazır olan iş yerlərinin açılması üçün proqram, Torpaqdan düzgün istifadə ,dövlətin güclənməsi və s. bu istiqamətdə sizə yolladığım məktubların hər birinə yuxarıda qeyd etdiyim kimi vəzifə səlahiyyətlərin aşan, ancaq öz mənafelərin düşünən şəxslər bu məsələlərə can yandırarmı?!
Hömətli İ.Əliyev Neftçala icra hakimiyyətindən mənə rəsmi bildirilir ki,sizə yazmış olduğum müraciət həll olunsun deyə məhkəməyə müraciət etməyim tövsiyyə olunur. İlk növbədə heç bir məhkəmə mənim verdiyim proqrami həll edə bilməz.Azərbaycan konstitusiyasının 30-cu maddəsinin 1 və 2-ci bəndlərinə müvafiq olaraq hər bir insanin əqli mülkiyyət hüququ var.Dövlətdə hər bir insanin əqli mülkiyyət hüququnun qorunmasına təminat verir.Bu məsələləri hissə-hissə mediya qurumları vasitəsilə bölüşəcəm.
Əlimdən alınan dükanımın aqibətindən yazmaq istəyirəm.Bir az təvazökarlıqdan uzaq olsada yazmağa məcburam.Sovet hakimiyyətinin repressiv dövrlərində milli-azadlıq eşqi ilə yaşayıb,mübarizə aparmağın çətinliyin o dövrü yaşayanlar gözəl bilir.Biz Bəy nəslindənik.Elə Cümhuriyyət süqut edəndən sonra babam, əmilərim represiya qurbanı olmuş.Kimi Uzaq Sibir səhralarına,kimidə rayonun müxtəlif kəndlərinə daşınmaqla keçinmişlər.Kooperativ Cəmiyyətin nəzdində olan Neftçala rayonu 34N/li dükanımın üzərində böyük plakat var idi.Hansı ki,o dövrün qəddar represiyasından çox insan cürət etməzdi.Bu sözlər yazılmışdı."Bİr daha yüksələn bayraq,Bir daha enməz!".Dükanımın içindədə Azadlıq şüarları,Sovet hakimiyyətinin devrilməsində əməyi keçən insanların kitabları, məqalələrindən ibarət tablo. 20-25 yanvar qırğınında hadisələrin mərkəzində olduğumdan evdə qalan 9 yaşlı böyük övladım atasının tanklar altında qalacağın düşünmüş və sağalmaz xəstəliyə tutuldu.11 ay xəstəlikdən sonra dünyasın dəyişdi.Qarabağ döyüşlərinin qızğın vaxtları idi.Həmin vaxtı mağaza işlətməyimə baxmayaraq, elə məndə döyüşürdüm.Şəhid ,kasıb ailələrə yardımlar və Füzuli rayonu Aşağı Veysəlli kəndinə Neftçaladan bir yük maşını ərzaq aparmışam.Hansı ki,həmin vaxt ordumuz qələbə ilə irəlləyirdi,onların ovqatın artırılması üçün ansambl aparmışdım.Bütün bunları sadalamaqda məqsədim hansısa əməlimi reklam eləmək deyil,sadəcə hansı həyat tərzi keçdiyimiz, Xalqımız, millətimizdən ötrü yandığımızı çatdırmaq istəyirəm.Amma təəssüflər ki, bu gün biz kimi insanların nə fikrin öyrənən var,nə şikayətin düz əməlli araşdıran...
2000-ci ildən sahibi olduğum Neftçala rayonu 34N/li mağazanın özəlləşdirilməsindən ötrü adiyyatı qurumlarla dəfələrlə müraciətim cavabsız qalıb.Daha doğrusu qanunda göstərilən qaydalara riyaət etmədən , öz istədikləri cavabı vermişlər.Bununda səbəbi hara yazmışamsa, sonda Neftçala İcra hakimiyyətinə yönləndirilib və rayondan gələn məktubların mətnidə aydındır.Kooperativ Cəmiyyətlərin tərkibində olan obyektlərin satışı zamanı ilkin sahibkar olan şəxsin icazəsi olmadan satış aparıla bilməz.Bu bizim qanunvericilik.Amma Prezident aparatına yolladığım və oradan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azəriittifaq"a yönləndirilən müraciətimə aşağıdakı N364/42 nömrəli məktubla cavab gəldi:
(19 noyabr 2009)
"Neftçala rayon İstehsal-İstehlak Kooperativ İdarə heyətinin Sədri cənab F.Ağayevə,
Surəti
Neftçala rayonu Qaraman kənd sakini Hacı Xalid Fərəcov Saday oğluna,
"Vətəndaş X.Fərəcovun kooperativ balansındakı 34 saylı mağaza binasının ona satılması barədə Azəriittifaqın idarə heyətinə yazdığınız ərizələr baxılması üçün sizə göndərilir.Xahiş edirik vətəndaşın ərizəsinə növbəti müvəkkillər yığıncağında baxılmasını təmin edəsiniz".
NEFTÇALA RAYONUNDA İSMAYIL VƏLIYEVIN ÖZ QANUNLARI VAR-PREZIDENTƏ MÜRACIƏT (FOTOFAKT)
2009-cü ildən bu günə kimi adiyyatı qurumlara müraciətlərim davam edir.Sonuncu dəfə Neftçala İcra hakimiyyətindən gələn cavab öz istəklərini bildirdiklərin ,saxta sənəd üzə çıxdı.Beləki,guya dükanın 14 avqust 2009-cü ildə satıldığın bildirdilər.Yuxarıda kı, Azəriittifaqın 19 noyabrda göndərdiyi məktubda dükanın mənim adıma olduğu vurğulanır. Neftçala İcra hakimiyyətinin N HŞ-1026 nömrəli,07.09.2016-ci ildə mənə gələn cavab məktubunun mətni:
"Sizin Neftçala Rayonunun Xıllı qəsəbəsində yerləşən və əmlakınız olan 34-nömrəli mağazanın rayon rəhbərliyi tərəfindən əlinizdən alınaraq dostlarına verməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevə ünvanladığınız müraciətiniz Rayon İcra hakimiyyəti tərəfindən araşdırıldı.
Araşdırma nəticəsində məlum oldu ki,rayonun Xıllı qəsəbəsində yerləşən 34-nömrəli mağaza rayon Kooperativ Cəmiyyətinə məxsus olmuşdur.
Kooperativ Cəmiyyətin 14 avqust 2009-cü iltarixli qərarı ilə rayonun Xıllı qəsəbəsində yerləşən 34 nömrəli mağaza Miriyev Mehdi Miryaqub oğluna satılmışdır.
Azəriittifaqın idarə heyyətinin 09 sentyabr 2014-cü il tarixli 81 nömrəli qərarı ilə rayon Kooperativ Cəmiyyəti müvəkkillərin yığıncağında 14 avqust 2009cü il tarixli qərarı və alqı-satqı müqaviləsi qüvvədə saxlanmışdır.
Məlumatı nəzərə alın.
Neftçala rayonu İcra başçısı aparatının hüquuq şöbəsinin müdiri: Ə.F.Hüseynov"
NEFTÇALA RAYONUNDA İSMAYIL VƏLIYEVIN ÖZ QANUNLARI VAR-PREZIDENTƏ MÜRACIƏT (FOTOFAKT)
Özünü hüquqşünas kimi göstərib ,mənə yol göstərən Hüseynov heç olmasa cavab məktubun hazırlayarkən, tarixi geri aparanda heç olmasa Azəriittifaqın cavab məktubundan bir-iki gün sonra etmək yadından çıxıb.O zaman hüquqşünas əsaslandıra bilərmi ki, rəhbərinin aşağıdakı biznes şəbəkəsi hansı yolla olub və yaxud qanunlar bunlara yol verirmi?
İsmayıl Vəliyevin mülkiyyəti-Taxil kombinatı, Təzə bazar, Restoranlar, Avtovağzal, 600 kvadrat sahəsi olan İstehlak cəmiyyətinə məxsus olan anbar , qanunsuz 3000 hektar balıq nohurları, Çörək sexi,və həmyerlisi İbrahimov Rafiq yeni yaranmış kənd təsərrufatı idarəsinin müavini,(əslində rəhbəri) İcra başçısı və ona yaxın adamların qanunsuz əməllərindən danışmaqla bitməz.Əmlakımı icra başçısı dostu Miriyev Mehdinin adına sənədləşdirmişdir.
Hörmətli İlham Əliyev, üzərimə düşən məsuliyyəti mediya vasitəsilə bölüşdüm.Haqqım olan mağazanın qaytarılması və yerli icra strukturlarının əməllərinin araşdırılması istiqamətində tapşırıq verəcəyinizə inanırıq".uluyol.info