Bu gün:
Xezer.info » Bu gün » Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm Sultan

Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm Sultan


Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm Sultan
Türkiyə televiziyalarında yayımlanan “Muhteşem Yüzyıl” serialı Azərbaycanda da kifayət qədər tamaşaçı toplayıb. Serialın davamı olaraq çəkilən “Muhteşem Yüzyıl: Kösem” serialının qəhrəmanı Kösəm Sultan kimdir?

Osmanlı dövlətinin idarə edilməsində iştirak etmiş, Osmanlı tarixinin ən güclü və ən varlı qadınının həyat hekayəsini araşdırılıb.

Kösəm Sultan, Haseki Sultan və Validə Sultan. Nəvəsinin səltənəti dövründə də hərəmxananı idarə etmiş və qayınanası Safiyə Sultan kimi özü də Böyük Validə Sultan olmuşdur. Osmanlı sultanı 1-ci Əhmədin nikahlı arvadı və ən sevimlisidir. 4-cü Murad və 1-ci İbrahimin anası, 4-cü Mehmedin nənəsidir. Safiyə Sultanın istəyi ilə adı Mahpeyker olmuşdur. Sonra isə Kösəm adını almışdır.

A24.Az olke.az-a istinadən günah və savabları ilə tarix boyu intriqaçı, övlad qatili, sərvət düşkünü olaraq yad edilən Kösəm Sultanın həyatını sizə təqdim edir:
Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm Sultan
Kösəm Sultan kimdir?

1590-cı ildə Yunanıstanın Mora şəhərində bir keşişin qızı olaraq dünyaya gələn, əsl adı Anastasiya olan Kösəm Sultan, kəşfiyyatçılar tərəfindən əsir alınır. Sonra isə Bosniya bəylərbəyi tərəfindən saraya göndərilir.

Saraya gəldiyi andan etibarən dövrün padşahı 1-ci Əhməd də daxil olmaqla, hərkəsi nüfuz dairəsinə alır. Onu “ay üzlü” mənasına gələn Mahpeyker çağırmağa başlayırlar.

Tezliklə sultanın ən sevimli hərəminə çevrilən Mahpeyker “irəlidə gedən” mənasına gələn Kösemen deyə çağrılmağa başlayır. O, Kösemen ləqəbinin haqqını layiqincə verəcək, 15 yaşı olanda 1-ci Əhmədə ərə gedəcəkdi. Amma 1-ci Əhmədin hakimiyyəti illərində sarayda və siyasətdə çox da böyük təsir gücünə malik deyildi.

O dövrdə Venesiya elçisi Simon Cantarini belə yazırdı: “20 yaşı olan Kösəm gözəl, hiyləgər, bir çox qabiliyyəti olan, əla mahnı oxumağı bacaran, 1-ci Əhmədin ən çox sevdiyi hərəmidir. Amma Sultan onunla dövlət işləri barədə danışmır, bu məsələdə diqqətli davranırdı”.

Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm Sultan

Xeyriyyəçilikdə ad çıxarmışdı. Ətrafındakı kasıblara yardım edər, Rəcəbi-Şərif ayında paltarını dəyişərək həbsxanaları gəzər, borc ucbatından məhkum edilənlərin borcunu ödəyərək onları azadlığa buraxdırardı.

Kösəmin 27 yaşı olanda əri vəfat etdi və o, saraydan uzaqlaşdırıldı. Amma oğlu 4-cü Murad taxta keçəndə, Kösəm saraya geri qayıtdı və kiçik yaşlı oğlunun yerinə dövləti idarə etməyə başladı. Mahpeyker rüşvətdən əldə edilən sərvəti xeyriyyə işinə sərf edir, insanların hörmətini qazanırdı.

Osmanlı sarayında olan nüfuzundan istifadə edərək, müəyyən vəzifələri pul ilə satır, ölkənin idarəedilməsi məsələsində tayfa başçılarının gücünə bələd olduğu üçün onları yanına çəkir, bir sözlə, şahmat oynayırdı.

4-cü Murad iqtidarına təhlükə olan iki qardaşını qətlə yetirmiş, Kösəm Sultan isə ona əngəl olmamışdı.
Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm Sultan
Kösəm nə deməkdir?

Kösəm Sultanın bu adı alması barədə iki rəvayət var. Birinci versiyaya görə, vücudu tərtəmiz və ağappaq olduğu üçün Sultan 1-ci Əhməd tərəfindən ikinci ad olaraq verilmişdir. İkinci versiyaya görə isə, Kösəm sözünün mənası “özündən əmin, nə vaxt nə edəcəyini bilən, yol göstərən, yönləndirən şəxs”dir. Bu xüsusiyyətləri olduğu üçün ona Kösəm Sultan adı verilmişdir.

İbrahimin səltənəti və qətli

Həyatı boyu öldürülmə qorxusuyla yaşadığı üçün psixologiyası pozulmuş İbrahimin isə dəli olduğunu deyərək, 4-cü Muradın qəzəbindən qoruya bilmişdi. 4-cü Murad öldükdən sonra isə İbrahimi taxta çıxarıb ölkəni yenə də özü idarə etməyə başladı. Amma “Dəli” ləqəbli İbrahim bir müddət sonra onun nəzarətindən çıxacaq, Kösəm Sultan gücünü və nüfuzunu itirəcəkdi.

İbrahim taxta çıxanda Osmanlı imperiyası böyük bir böhranla üz-üzə qaldı. Sultan xanədanın tək kişi varisi idi və təcili bir şəkildə xanədanın ömrünü uzatmalı, varis dünyaya gətirməli idi. Amma İbrahim ağılsız idi və qadınlara qarşı elə də böyük marağı yox idi. Osmanlı xanədanının ömrünü uzatmaq kimi böyük bir vəzifə Kösəm Sultanın boynuna düşdü. Oğlunu müalicə etmək istəyən ana ölkənin hər yerindən cindarları çağırdı. Onlardan ən məşhuru Cinci Hoca ləqəbi ilə tanınan Safranbolu sakini Karabaşzadə Hüseyin Efendi idi. Nəhayət, İbrahim taxta çıxandan iki il sonra şəhzadə Mehmet dünyaya gəldi. Bunun qarşılığında Kösəm Sultan Cinci Hocaya böyük bir mülk tikdirmək üçün vəsait verdi.

İbrahim hərəmlərin sözünə qulaq asıb Kösəmi saraydan qovdu və ölkəni biabırçı vəziyyətdə idarə etməyə başladı. Məntiqsiz qərarları tayfa başçılarının əsəbini tarıma çəkdi. Ağalar Kösəmə müraciət edərək, İbrahimi taxtdan endirəcəklərini söylədilər. Kösəm bu oyunda uduzmamaq qərarına gəldi. Oğlunun qətlinə, nəvəsinin taxta çıxmasına razılıq verdi. Bu dəfə taxta çıxarılan 4-cü Mehmetin yerinə ölkəni idarə etməyə başladı.

İbrahimin taxtdan endirilmə ideyası Sədrəzəm Salih Paşaya məxsusdur. Bu ideya İbrahim tərəfindən eşidilən kimi Salih Paşa qətlə yetirilir. Bu planda yer alan Kösəm Sultanın isə əvvəlcə Rodosa sürgünü nəzərdə tutulsa da, Floryadakı Çələbi bağına sürgün edildi. Oğlunun qəzəbinə düçar olan Kösəm Sədrəzəm Əhməd Paşa ilə əlaqəyə girərək: “Sultan nə səni, nə də məni sağ buraxmayacaq. Dövlət və ailə əldən gedir. Bunun qarşısını almalıyıq” deyir. Amma Sədrəzəmdən rədd cavabı alan Kösəm Sultan yenə də hərəkətə keçmiş və Ocaq Ağaları ilə əlaqəyə girərək sui-qəsd planı hazırlamışdır.

Ocaq Ağaları və ordu öz aralarında anlaşaraq, sədrəzəmin istefası və qətli üçün Şeyxülislamdan fətva tələb etdilər. İbrahim Sultan Şeyxə nümayəndəsini göstərsə də, Sədrəzəmi vəzifədən azad etmək məcburiyyətində qalır. Yeni Sədrəzəm Mehmet Paşa isə Ağaların razı qalmayacağını, keçmiş vəzirin qətlinin lazım olduğunu bildirir. Padşah isə bundan hiddətlənərək, Mehmet Paşa ilə haqq-hesab çürüdəcəyini bildirir. Bu hadisədən qorxan sədrəzəm evə qapanaraq, möhürü Ocaq Ağalarına təslim edir.

Nəticədə isə İbrahimə qarşı qalxan üsyan onun həbsi ilə nəticələnir. Sonra isə dəli və qadın düşkünü adı ilə qətlə yetirilir. Kösəm Sultan Sədrəzəm Sohu Mehmet, Şeyxülislam Abdürrahim və silahdaşları ilə taxt-taca yiyələnir. Nəvəsini taxta çıxararaq yenidən dövləti idarə etməyə başlayır.
Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm Sultan
Qayınana-gəlin savaşı

1-ci İbrahimin arvadı, 4-cü Mehmetin anası Turhan Haticə Sultan isə digər ağaları yanına çəkir, gücünü artırırdı. Kösəm nəvəsi 4-cü Mehmetə qarşı sui-qəsd planı hazırlamışdı. Bu plandan xəbərdar olan Turhan Sultan öz planlarını həyata keçirməyə başlayır.

Gəlin-qayınana hesablaşması Kösəm Sultanın sui-qəsdə qurban getməsi ilə nəticələnir. Üç barmağı qırılır, qulaqları cırılaraq zinət əşyaları yağmalanır. Silah və çomaqla döyülən Mahpeykerin öldüyünü düşünərək onu Kuşhane Qapısının yanına atıb gedirlər. Amma hələ də ölmədiyini dərk etdikdə geri dönüb Kösəmi öz uzun saçları ilə boğaraq qətlə yetirirlər.

25 il ölkəni idarə edən Kösəm Sultanın öldürüldüyü gün 14 min nəfər ac qalır.

Kösəm Sultan Hərəmxanada öldürülən ilk Validə Sultandır. Onun cənazəsi Sultan Əhməd Məscidindəki 1-ci Əhməd türbəsində dəfn edilib.
Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm Sultan
Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm Sultan
Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm Sultan