Bu gün:
Xezer.info » Siyasət » Bakının iki icra başçısı dəyişdirilir - şikayətlər cəza dosyesinə çevrilir

Bakının iki icra başçısı dəyişdirilir - şikayətlər cəza dosyesinə çevrilir


Bakının iki icra başçısı dəyişdirilir - şikayətlər cəza dosyesinə çevrilir
Dövlət başçısı bu yaxınlarda çıxışlarının birində qeyd edirdi ki, sahibkarlarla davranışlarına görə, icra başçılarının işlərinə qiymət veriləcək. Azərbaycan Prezidenti bundan öncəki çıxışlarında da dəfələrlə bəyan edib ki, yerli əhali, sahibkarlar və fermerlərlə davranışlarına görə yerli məmurların işləri qiymətləndiriləcək. Artıq ölkədə Dövlət Başçısının iradəsi ilə yeni bir tendensiyanın əsası qoyulub. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq mühim addımlar atılıb. İqtisadi islahatlarla bağlı konkret hədəflər müəyyən edilib. Və artıq bir sıra rayonlarda yerli məmurların fermerlərə, sahibkarlara münasibətlərindlə mühim dəyişikliklər müşahidə edilməkdədir.

Pambıq sahələri becərən sahibkarların çox olduqları rayonlarda, yerli məmurlar magistral yolların təmiri və bərpasından tutmuş, texnika çatışmazlığına qədər problemlərə həssaslıqla yanaşırlar. Azərbaycanın kənd rayonlarında bu tendensiya özünü açıq şəkildə biruzə verir. Rayon rəhbərliyində təmsil edilən şəxslərin ailələri belə təsərrüfat sahələrində sadə zəhmətkeşlərlə, sahibkarlarla birlikdə çalışır, dövlətimizin hədəflərinə çatması üçün çaba göstərirlər.

Lakin təəssüflər olsun ki, bu gün qeyri-neft sektoruna keçidlə bağlı olaraq kompleks şəkildə aparılan islahatlarda Bakının rayonlarının icra başçılarının həpr hansı bir təqdirəlayiq təşəbbüslərlə çıxış etdiyinin şahidi olmuruq. Məsələn 10 gündən çoxdur ki, Binəqədi rayonunda insanlar yağıntılar üzündən su altında qalşmış evlərinin problemi ilə bağlı nəinki icra başçısı Xaləddin İsgəndərovu, heç onun rəhbəri olduğu qurumun şöbə rəhbərlərini də tapa bilmirlər. Normalda Xaləddin İsgəndərov ayağına uzunboğaz rezin çəkmə geyinərək əhalinin su basmış mənzillərində, sahibkarların dağılmış obyektlərində görünməli idi…
Lakin Xaləddin İsgəndərov özü Binəqədi sakini olmadığından, bu rayonda insanların hansı iztirablar çəkdiyindən xəbərsizdir. Əksinə, evinin, obyektinin damını örtmək istəyən, hətta həyətində kiçik bir ayaqyolu inşa etmək istəyən insanların belə başının üstünü kəsdirə biləcək, şəbəkəsi var və onlar «insanların yanındadır»lar…

Dövlət başçısının tapşırıqlarına baxmayaraq Bakının ən çox şikayət edilən rayonlarından biri də Xətai rayonudur. Bu rayonda sahibkarlara icra başçısının təbirincə «dəstək» göstərilir. Yaşıllıqların məhv edilməsi ilə bağlı internet resurslarında minlərlə insformasiya tapmaq olar. İcazəni verən ilk instansiya isə Xətai Rayon İcra Hakimiyyəti, icazəni imzalayan da icra başçısı olmasın…
Bakının iki icra başçısı dəyişdirilir - şikayətlər cəza dosyesinə çevrilir
Xətai rayonunda həftələrdir ki, sürüşmə təhlükəsi haqqında dövlətin müvafiq qurumları xəbərdarlıqlar edirlər. Bir dəfə də olsun Xətai rayonunun rəhbərliyinin nümayəndəsinin mətbuatda sürüşmə barədə bir açıqlamasına rast cglmək mümkün deyil. Razim Məmmədov isə ümumiyyətlə sürüşmə zonasında yaşamır …

Lakin bir qəfildən rəsmi internet resurslarında görürük ki, icra başçısı Razim Məmmədov hansısa iqtisadi inkişafa «töhvə verəcək» obyektlər(in)i açır…

GUNDEMİNFO.AZ-a daxil olan məlumatlara əsasən Azərbaycan prezidentinin məlum açıqlamasından sonra bu iki rayonun icra başçısının sahibkarlarla və əhali ilə davranışlarına qiymət verilməsi üçün müvafiq olaraq monitorinqlər aparılmağa başlayıb. Pataloji olaraq Xaləddin İsgəndərovla Razim Məmmədovun Bakı əhalisinin ən çox yaşadığı rayonlara rəhbərlik etmələrinə QİYMƏT YAXIN GÜNLƏRDƏ VERİLƏCƏK. Bu həm də kimlərin ürəyincə olacaq?.
Bakının iki icra başçısı dəyişdirilir - şikayətlər cəza dosyesinə çevrilir