Zaməddin Əkbərov Rafiq Quliyevin ''torba''sını tikdi
23-okt-2016Zaməddin Əkbərov Xətai Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavinliyi vəzifəsini itirəndən bu günə kimi icra hakimiyyətində önun yerinə təyinat alan Rafiq Quliyevə qarşı daim antisimpatiya göstərmiş və ona qarşı qruplaşmalar yaratmışdlr. Bunun hesabına çoxlarının torbası tikilmiş və vəzifələrindən uzaqlaşdırılmışdır.
Vəzifəsini itirəndən sonra keçmiş birinci müavinə sıravi işçi kim hörmət qoyulmaması, ən yaxın bildiklərinin ondan tamamilə uzaqlaşması uzun illər icrada hörmət sahibi olan Zaməddin müəllimə qisas almaq fürsəti yetişənə kim dözməyə məcbur etmişdi.
Hər ay vəzifə dəyişikliyi, rayonda olan tikililərin dayandlrılması və yoxlanılması məhz Əkbərovun və onun himayəsi altında olanların səyi nəticəsində baş vermişdir. Bunun da hesabına daim fərdi ev tikən vətəndaşlar və sahibkarlar əziyyət çəkib. Hər yoxlamadan sonra Rafiq Quliyevin tərəfdarı kimi iddia olunanlar işlərini itirsələr də, Zaməddin Əkbərov əsas hədəfinə çata bilməmişdi.
Bir müddəd öncə pensiya yaşına az qalan ''qoca'' vaxtın darlığını nəzərə alaraq, məğlubiyyətini heç cür həzm etməməsi səbəbindən əsas hədəfi Rafiq Quliyevə qarşı açıq hücuma keçdi. İlk olaraq əssas maliyyə işlərini həyat keçirən Quliyevə çox böyük sayqı göstərən Xətai Bələdiyyəsinin sədri Teymur Məmmədovu nəinki vəzifəsindən, hətta bələdiyyə üzvlüyündən getməsinə nail oldu. Sonra ''Erju''nun rəisi Qafuru vəzifəsi ilə vidalaşdırıb, səlahiyyətlərini əlində almağa müfəfəq oldu və əsas hədəfin bir addımlığına gəlib çatdı.
Bir neçə ay bundan əvvəl Quliyev haqqındakı fikirlərinə Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovu inandıran Əkbərov, Quliyevin səlahiyyətlərinin məhdudlaşdırılmasına nail olaraq, hətta iclasların birində '’kim işləyə bilmir gedib ərizəsini yazsın '’deyərək konkret hədəf uzərində qələbəyə yaxın olduğunu isbatlamışdı. Daha sonra, KİV nümayəndələrinə Rafiq Quliyevin yaşadığı evin ünvanını göstərərək çəkillərini çəkdirmiş və onun haqqında özünə sərf etdiyi kimi məlumatlar ötürmüşdü.
Millətinsəsi.az olaraq bunun qərəzli və Zaməddin Əkbərov tərəfində təşkil edildiyini yazsaq da , Özünü Rafiq Quliyevin qohumu kimi təqdim edən bir şəxs redaksiyamıza zəng vuraraq yazını çıxarmağı xahiş etmiş və bunun onlara ehtiyac olmadlğını bildirmişdi.
Bir neçə gün bundan əvvəl Xətai rayon sakinlərindən aldığımız məlumata görə, artıq Rafiq Quliyev birinci müavinlik postundan uzaqlaşdırıllb və bu post uğrunda daim mübarizə aparan Zaməddin Əkbərov onun yerinə təyin olunub. Nəhayət Zaməddin müəllim gec də olsa, qalib gəldi və Rafiq Quliyevin torbasını tikərək rayonda alternativsiz idarəetməni ələ aldı.
TƏKQÜTBLÜ HAKİMİYYƏT- TAM QƏLƏBƏ.
Məlumatın dəqiqləşdirilməsi və müəyyən suallara cavab tapmaq üçün Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, bizə ''saytımıza müraciəd edin, orda hər şey yazılb'' bildirdilər.Mövzuya qayıdacağıq..
Millətinsəsi.az