Bu gün:
Xezer.info » Media » Naməlum şəxslər həbsdəki baş redaktorun mənzilinə soxulmaq istəyib- SƏS-KÜYÜMÜZDƏN SONRA QAÇDILAR

Naməlum şəxslər həbsdəki baş redaktorun mənzilinə soxulmaq istəyib- SƏS-KÜYÜMÜZDƏN SONRA QAÇDILAR


Naməlum şəxslər həbsdəki baş redaktorun mənzilinə soxulmaq istəyib- SƏS-KÜYÜMÜZDƏN SONRA QAÇDILAR
Dünən gecə saatlarında naməlum şəxslər hazırda həbsdə olan JAM.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun ailəsinin yaşadığı mənzilə daxil olmaq istəyib. Gununsesi.info-nun xəbərinə görə, bu barədə baş redaktorun xanımı Faiqə Nösrəti özünün facebook səhifəsində yazıb. Onun sözlərinə görə, gecə saatlarında mənzilin qapısının döyüldüyünü eşidib. Səsini çıxarmadığından qapıya açar salındığını görən, Faiqə xanım qışıqraraq, səs-küy salıb. Naməlum şəxslər evdəkilərin oyaq olduğunu bildikdən sonra pilləkənlə düşərək, qaçıblar. Hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng edən jurnalistin xanımı oraya gələn polislərə olayı danışıb. Onun sözlərinə görə, bu, sıradan şəxslərin işi deyil: “Çünki, binamız mühafizəli binadır, ətrafda müşahidə kameraları var. Əgər bu olay obyektiv araşdırılmasa, o zaman bu şəxslərin kimliyinə şübhə qalmayacaq”