Bu gün:
Xezer.info » Kriminal » Azərbaycanlını öldürən erməninin “qanuni oğru” adı alındı - təcridxanada cəza

Azərbaycanlını öldürən erməninin “qanuni oğru” adı alındı - təcridxanada cəza


Azərbaycanlını öldürən erməninin “qanuni oğru” adı alındı - təcridxanada cəza
“Ded Xasan”ın “taclandırdığı” Artyom Arakelyan Abbas Abbasovu niyə öldürübmüş?
Azərbaycanlının (onun kimliyi barədə bir qədər sonra ətraflı məlumat verəcəyik) qətlində günahlandırılan erməni Artyom Arakelyan “qanuni oğru” adından məhrum edilib. Rusiya KİV-lərinin yaydığı xəbərə görə, kriminal aləmdə “Artyom Lipetskiy” kimi tanınan erməni “qanuni oğru” titulunu hazırda saxlanıldığı, xalq arasında “Butırka” kimi tanınan 2 saylı Müvəqqəti İstintaq Təcridxanasında itirib.

Məlumatda deyilir ki, vaxtilə Aslan Usoyanın (“Ded Xasan”) “taclandırdığı” erməni təcridxanada Rusiyanın cinayət aləmində məşhur olan iki “qanuni oğru” ilə söhbətdən sonra “soyundurulub”. Maraqlıdır ki, ermənin “qanuni oğru” olmadığını sübuta yetirənlərdən biri də elə ermənidir. Məlumda bildirilir ki, təcridxanada olan “qanuni oğru”lar- Sergey Asatryan və Levan Paradze ermənini sorğu-sual ediblər. Məlum olub ki, onun kriminal aləmdən bildikləri yalnız mətbuatda dərc edilmiş statistik məlumatlardır.

Məhz bu statistik məlumatları leksikonunda ustalıqla işlədən Artyom Arakelyan təcridxanada “qanuni oğru”nun üstünlüklərindən yararlanıb. Azərbaycanlının qatilinin əslində “heç kim” olduğu sübuta yetirildikdən sonra “qanuni oğru”lar onu təcridxanada aşağılayıblar, döyüb-təpikləyiblər.

A.Arakelyan 2011-ci ildə Lipetski vilayətinin Çaplıqın şəhərində azərbaycanlını vəhşicəsinə öldürüməkdə ittiham olunur. Rusiya mənbələri iddia edir ki, 2011-ci ilin dekabrında A.Arakelyanın öldürdüyü Abbas Abbasov Çaplıqın şəhərində “smotryayuşiy” olub. Abbas Abbasov erməninin bizneslə məşğul olması səbəbindən “vor” adı almağı haqq etmədiyini açıqlamaq istədiyi üçün öldürülüb. Çünki yazılmamış qanunlara görə, “qanuni oğru”nun biznesi olmamalıdır. Əvvəl A.Abbasovu qorxutmaq istəyən Arekalyan “qanuni oğru” adı alacağı ərəfədə ifşa olunacağından qorxub. Bu səbəbdən 2011-ci ilin dekabrında “söhbət”ə çağırdığı adamı güllələyib. O, qətlin məsuliyyətini digərləri ilə bölüşmək üçün yanındakı adamlara da artıq ölmüş azərbaycanlının cəsədinə güllə vurmağı əmr edib. Bundan sonra isə cəsədi Moskva yaxınlığındakı kəndin kanalizasiya kollektoruna atıblar.

Hadisədən yarım il sonra isə “Ded Xasan” azərbaycanlının qatilinə “qanuni oğru” adı verib. Özünün geydirmə “qanuni oğru” adı daşımasına baxmayaraq, o, “Ded Xasan”ın ətrafında olan bir neçə nəfərin “taclandırılmasında” şəxsən iştirak edib.

Artyom törətdiyi cinayətə görə hələ “Ded Xasan”ın sağlığında 2013-cü ildə ələ keçib. Özü və onunla bərabər həbs edilənlər qətli ört-basdır etmək üçün maddi imkanlarından yararlanmaq istəyiblər, hətta bu işdən qurtulmağa çox yaxın da olublar. Amma iki uşağı yetim qalan Abbas Abbasovun valideynləri Rusiya İstintaq Komitəsinin rəhbəri general Aleksandr Bastrıkinlə şəxsən görüşə biliblər. Bundan sonra isə Bastrıkin işi aparan istintaqçılara şəxsən tapşırıq verib ki, əgər günahkarlar müttəhimlər kürsüsündə oturmasalar, onların yerinə özləri oturmalı olacaqlar...