Türkiyədə növbəti terror - Polis idarəsinə bombalı hücum
08-iyun-2016Türkiyədə növbəti terror hadisəsi baş verib.
“Xezer.info” xəbər verir ki, Mardinin Midyat qəsəbəsində yerləşən polis idarəsinə bomba yüklənmiş avtomobillə hücum edilib. Çoxlu sayda yaralının olduğu bildirilir.
Partlayışdan sonra təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma baş verib. Partlayış nəticəsində 2 polis şəhid olub.