Bu gün:
Xezer.info » Sosial » "Ödənişli təhsilin 20 faiz bahalaşacağı gözlənilir" Qubad İbadoğlu

"Ödənişli təhsilin 20 faiz bahalaşacağı gözlənilir" Qubad İbadoğlu


"Ödənişli təhsilin 20 faiz bahalaşacağı gözlənilir" Qubad İbadoğlu
"2017-ci ildə böyük özəlləşdirmə gözlənilmir, ödənişli təshilin 20 faizə qədər bahalaşması planlaşdırılır”.


Xezer.info yazır ki, bununla bağlı məsələni iqtisadçı-ekspert Qubad İbadoğlu şərh edib:

"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Layihəyə görə, 2017-ci ilin dövlət büdcəsinin gəlirlərinin 15,9 milyard manat, xərclərinin 16,6 mlrd. manat məbləğində təsdiq edilməsi proqnozlaşdırılır. Büdcə gəlirlərinin müqayisəli təhlili göstərir ki, növbəti il Azərbaycanda böyük özəlləşdirmə gözlənilmir. Çünki dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar bu illə müqayisədə gələn ilə yalnız 1 milyon manat artım planlaşdırılıb.

Növbəti il Azərbaycan Respublikasının Dövlət Neft Fondundan büdcəyə transfer 1 milyard 515 milyon manat az, 6 milyard 100 milyon manat olacaq ki, bu da bütövlükdə büdcə gəlirlərinin 38,1 faizini təşkil edəcək. Gəlirlərin 62 faizinin və ya təxminən 10 milyard manata qədər olan hissəsinin formalaşması sahibkarlar və istehlakçıların üzərinə düşəcək. Gələn il əsas artım gömrük ödənişlərində və idxala əlavə dəyər vergisində gözlənilir. Bununla yanaşı, növbəti ildə əhəmiyyətli artımlardan biri də büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə müşahidə olunacaq. Bu mənbədən daxilolmalara 48 milyon manat artım proqnozlaşdırılır. Bu isə o deməkdir ki, gələn il ödənişli təhsil 20 faizə qədər bahalaşacaq".