Bu gün:
Xezer.info » Sosial » 246 saylı uşaq bağçasından ŞİKAYƏT Bağça müdirəsi X.Ələkbərova heç kəsi saymır

246 saylı uşaq bağçasından ŞİKAYƏT Bağça müdirəsi X.Ələkbərova heç kəsi saymır


246 saylı uşaq bağçasından ŞİKAYƏT Bağça müdirəsi X.Ələkbərova heç kəsi saymır
Hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə və paytaxt Bakıda uşaq bağçaları daim prezidentimiz İlham Əliyev və millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısındadır. Məhz Heydər Əliyev Fondunun təşkilatçılığı ilə onlarla uşaq bağçası, internat evləri yüksək səviyyədə təmir edilib və yenidən tikilərək istifadəyə verilmişdir. Ölkə başçımız İlham Əliyev paytaxt bağçalarının təmiri və yenidən qurulması, uşaqlar üçün müasir standartlara uyğun şəraitlərin qurulması üçün dövlət büdcəsindən hər il icra hakimiyyətlərinə vəsaitlərin ayrılması ilə bağlı sərəncamlar verir. Bütün bunlar bir daha onu göstərir ki, prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyeva uşaqların daim qayğısına qalırlar. Lakin təəssüflər olsun ki, hələ də bəzi yerlərdə görülən bu yüksək səviyyəli işlərə kölgə salanlar özlərini idarə etdiyi sahənin "kiçik padşahları" hesab edənlər var. Media portallarında "Diplomsuz müdir" kimi yadda qalan Bakıdakı 246 saylı uşaq bağçasının müdirəsi Xalidə Ələkbərova yenidən ərazidə yaşayan valideynlərin mətbuata müraciətləri ilə gündəmə gəlmişdir.(rublika)Belə ki, bir qrup valideyn redaksiyaya müraciət edərək haqlı olaraq şikayətlərini bildirmişlər. Bağçanı korrupsiya yuvasına çevirən X.Ələkbərova haqqında media portallarında dəfələrlə "gözəgörünməz" və yaxud "ölü canlar, arxakı müdir fond pulu yığır, müdirin ayaqyolu əməliyyatı" kimi yazılar dərc edilmişdir. Lakin təəssüflər olsun ki, bu günə kimi bizə məlum olmayan səbəblərdən MARAQLI QÜVVƏLƏR X.Ələkbərovanı öz kölgəsində gizlədə bilmişlər. Müdir adlanan bu şəxs isə öz qanunsuz əməllərindən geri qalmır, yəni necə deyərlər, yenə də əvvəlki kimi bağçaya uşaq götürmək üçün 300 manat tas, hər ay bağçadakı uşaqların valideynlərindən fond pulu adı altında 30-50 manat civarında pul yığdırır. Necə deyərlər, "qaz vurub, qazan doldurur" (təbii ki, bağçanın qazanından söhbət gedə bilməz"). Hər yerdə döşünə döyərək, "Mənə heç kim heç nə edə bilməz, yuxarıdan göndərilən yoxlamaların, jurnalistlərin pulunu artıqlaması ilə vermişəm, hamını susdurmuşam, nə deyirlər, desinlər!" deməsi artıq bu şəxsin prinsip etibarı ilə nə demək istədiyini aidiyyatı şəxslər cavabladırarsa məqsədə uyğun olar.Hər şeyin də bir həddi var. Əgər bu şəxs dövlətçiliyimizə, xalqımıza xidmət göstərənlərin əvəzsiz əməyinə belə şəxsi maraqlar çərçivəsində acgözlüklə münasibət bəsləyirsə aidiyyatı qrumların da hərəkətə keçməsinin zamanı çatdığından xəbər verir. Ölkə mediası, ziyalılar, uşaqlarının 246 saylı bağçadakı qayğısından şikayətçi olan analar, valideynlər həmrəy olaraq Ölkə prezidenti İlham Əliyevə, birinci xanım Mehriban xanım Əliyevaya və digər aiddiyyatı qrumlara çoxsaylı müraciətlər edərək X.Ələkbərovanın bağçada qanunsuzluq yuvası yaratmasını gündəmə gətirməlidir. Çünki ölkəmizin, dövlətimizin gələcəyi məhz məktəbəqədər uşaq evlərindən başlayır. Əgər dövlət olaraq məktəbəqədər təhsildəki rüşvətin, özbaşınalığın, qayğısızlığın qarşısını almasaq, bu təhsil ocaqlarında yetişən körpələrdən nə qədər cinayətkar, oğru, təhsilsiz, mədəni səviyyəsi aşağı olan gənclik formalaşacaq.gundelik-baku.com