Bu gün:
Xezer.info » Siyasət » Qubad İbadoğluya elektron qandal taxıldı-FOTO

Qubad İbadoğluya elektron qandal taxıldı-FOTO



Sumqayıt polisi barəsində secilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənmiş Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun yaşadığı ünvana gələrək onun ayağına elektron qandal taxıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Qubad İbadoğlunun ayağına elektron qandal taxılması məhkəmənin qərarını əsasında icra edilib. Bu, onun hərəkətlərinə məsafədən aramsız nəzarət etməyə imkan verəcək.

Qubad İbadoğlu ötən ilin iyul ayında həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bu il aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Q.İbadoğlu ev dustaqlığına buraxılıb.

Ardınca Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib.