Bu gün:
Xezer.info » Eksklüziv » Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yekunlaşır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yekunlaşır



Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu sabah yekunlaşır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Xezerxeber.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Ərizələrin qəbulu aprelin 8-i saat 11:00-a qədər aparılacaq.