TÜRKİYƏLİ JURNALİST: AZƏRBAYCAN, TÜRKİYƏ VƏ ERMƏNİSTAN BİR-BİRİ İLƏ…
05-dek-2023“Hesab edirəm ki, Türkiyə, Azərbaycan və Ermənistan bir-biri ilə yaxşı münasibətlər qurmaq istəyirlər”.
Xezerinfo.az-ın məlumatına görə, bu sözləri Türkiyənin TGRT xəbər agentliyinin xarici xəbərlər departamentinin direktoru Əmrə Diner dekabrın 5-də İrəvanda “Yeni regional reallıqlar” və “Dünyanın kəsişmə nöqtələri” mövzusunda konfrans zamanı bildirib.
O, tarixin pis səhifələrinin bağlanmasının zəruriliyinə diqqət çəkib.
“Ermənistan və Türkiyə səfir mübadiləsi edə bilər. Bu, iki ölkə arasında əlaqələrin inkişafı üçün vacibdir. Vasitəçilərə ehtiyac yoxdur. Biz özümüz dialoq qurmalıyıq. Bəzi ölkələr kömək edir, amma ehtiyac yoxdur”, – Diener vurğulayıb.
“Prezident Ərdoğanın dediyi kimi, Cənubi Qafqazda sülh vacibdir və buna nail olmaq çətin deyil. Ermənilər və türklər tarixən bir-biri ilə qohumdurlar. İstanbulda, Muşada, Malatyada çoxlu erməni yaşayır. Mən İstanbulda yaşayıram, qonşum ermənidir. Biz bir-birimizə hörmət etməliyik”, – deyə o bildirib.