Fin körfəzində Rusiyaya zərbə: Mühüm rabitə xəttini kim zədələyib?
07-noy-2023Fin körfəzində Rusiyanın Sankt-Peterburq və Kalininqrad şəhərlərini birləşdirən “Baltika” telekommunikasiya kabeli zədələnib. Ehtimallara görə, hadisə oktyabrın 8-də baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə Yle məlumat yayıb.
Qeyd olunur ki, Rusiyanın telekommunikasiya operatoru “Rostelekom” oktyabrın 12-də Finlandiyaya dəyən ziyan barədə məlumat verib. Çünki kabel qismən bu ölkənin iqtisadi zonasından keçir.
Finlandiyanın Əmək və İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, şirkət təmir işlərinə başlamaq üçün səlahiyyətlilərlə danışıqlar aparıb.
Hazırda hadisə yerində “Xilasedici Karev” gəmisi işləyir. Fin Körfəzi Sahil Mühafizəsi X (keçmiş Twitter) səhifəsində kabelin zədələndiyi yerdən fotoşəkil dərc edib.
FinKörfəzi Sahil Mühafizəsi komandirinin müavini Mikko Hirvinin sözlərinə görə, təmir işlərinin müddəti hava şəraitindən asılıdır, lakin bu, mütləq bir neçə gün çəkəcək. O, təmir işlərindən dənizçilərin əziyyət çəkməyəcəyini, Finlandiya tərəfinin isə ərazidə gəmilərin normal hərəkətinin qayğısına qalacağını vurğulayıb.
Mikko Hirvi Finlandiyanın “Helsingin Sanomat” nəşrinə müsahibəsində bildirib ki, ola bilsin, kabel oktyabrın 8-də, yəni “Balticconnector” qaz kəmərində fövqəladə hadisə baş verən zaman zədələnib.