Fon der Lyayen: "Ukraynaya sabitlik bəxş etməyin ən yaxşı yolu Aİ-yə üzvlükdür"
06-noy-2023"Ukraynaya orta və uzunmüddətli perspektivdə sabitlik və rifah bəxş etməyin ən yaxşı yolu, əlbəttə ki, Avropa İttifaqına üzvlükdür".
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen 2023-cü il Avropa İttifaqı Səfirləri Konfransında deyib.
O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində izlənməli olan üç hədəf var:
“Müharibə uzandıqca biz ukraynalıların gündəlik ehtiyaclarını ödəməklə bərabər, diqqətimizi irəliyə yönəltməliyik. Mən izləməli olduğumuz üç əsas hədəfə diqqət çəkmək istəyirəm. Birinci məqsəd başqa bir dondurulmuş münaqişə deyil, ədalətli və davamlı sülh üçün işləməyə davam etmək olmalıdır. Heç kim sülhü Ukrayna xalqından çox istəmir. Buna nail olmağın əsas yolu isə Prezident Zelenskinin Sülh Formulasıdır. İkincisi, Ukraynanın uzunmüddətli təhlükəsizliyə ehtiyacı var. Biz Ukraynanı hazırda müdafiə etməyə və gələcəkdə Rusiyanın təcavüzünün qarşısını almağa qadir olan davamlı hərbi güclə təmin etməliyik. Üçüncüsü, fikrimcə, Ukraynaya orta və uzunmüddətli perspektivdə sabitlik və rifah bəxş etməyin ən yaxşı yolu, əlbəttə ki, Avropa İttifaqına üzvlükdür”.