Blinken Fidanla HƏMAS-İsrail münaqişəsini müzakirə edib
06-noy-2023ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə HƏMAS-İsrail münaqişəsini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken "X" hesabında yazıb.
"Türkiyənin xarici işlər naziri Fidan ilə HƏMAS-İsrail münaqişəsinin yayılmasının qarşısının alınması, mülki əhalinin qorunması və humanitar yardımın artırılmasının zəruriliyi barədə danışdıq. Həmçinin İsveçin NATO-ya daxil olması və qlobal problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyəti müzakirə edildi", - paylaşımda qeyd olunub.