ABŞ VƏ AVROPA ZELENSKİNİ RUSİYA İLƏ DANIŞIQLAR APARMAĞA ÇAĞIRIB
04-noy-2023Amerika və Avropa rəsmiləri Ukrayna hökumətini Rusiya ilə mümkün sülh danışıqlarını müzakirə etməyə başlayıblar.
Xezerinfo.az xəbər verir ki, tərəflər xüsusilə Kiyevin hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlmək üçün nədən imtina etməli olması barədə danışırlar.
Qeyd olunur ki, Ukraynanın yəqin ki, ilin sonuna qədər və ya bir az daha çox vaxtı var ki, “sülh danışıqları üzrə daha təcili müzakirələr” başlansın.
Ağ Evin keçmiş yüksək rütbəli məmuru NBC News-a bildirib ki, Ukraynaya qarşı mübarizə üçün daha çox vaxt lazım ola bilər, xüsusən də ağır texnikanın alınmasını nəzərə alsaq, lakin “artık çox gec olduğu və sövdələşmənin vaxtı çatdığı hissi artmaqdadır”.
Ukraynanın növbəti yaz hücumuna başlayacağına inam yoxdur.