FİDAN: TÜRKİYƏ AZƏRBAYCANIN YANINDA DURMAĞA DAVAM EDƏCƏK
03-noy-2023Nazir Fidan Astanadakı çıxışında “Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək” deyərək, Qəzzada baş verən insan faciəsinə də diqqət çəkib.
Xezerinfo.az Haber Global-a istinadən xəbər verir ki, Nazir Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın təmsil etdiyi Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə Toplantısında Xarici İşlər Nazirləri qarşısında çıxışı zamanı “Qarabağdakı son hadisələrlə bağlı Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək” deyən Fidan çıxışında Qəzzada yaşanan insan faciəsinə də diqqət çəkib.
“Biz Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın sürətlə institusionallaşmasından və dərinləşməsindən çox məmnunuq”, – deyən xarici işlər naziri Fidan Orta Dəhlizin investisiya baxımından daha cəlbedici olması üçün səylərin göstərilməli olduğunu əlavə edib.