NOYABRDA MƏHKƏMƏYƏ VERİLƏN SIĞORTA ŞİRKƏTLƏRİ -SİYAHI
02-noy-2023Ölkədə sığorta sektoru bərbad vəziyyətdədir. Hər ötən gün yeni bir sığorta şirkəti yaranır. Buna baxmayaraq, hələ də qəza, hadisə zamanı vətəndaş sığorta şirkətininin köməyini görmür. Büdcəsi vətəndaşın ödədiyi vəsait hesabına formalaşan sığorta şirkətləri ehtiyac yarandığı zaman vətəndaşın yanında olmur, ən adi qəzalarda belə yaxasını kənara çəkir.
Xezerinfo.az xəbər verir ki, vətəndaşların sığorta şirkətlərindən narazı olduğunu onların aylıq məhkəmə siyahısından da bilmək olur. Apardığımız araşdırma zamanı məlum olub ki, əhalinin ən çox narazı qaldığı sığorta şirkəti “Atasığorta”dır. Noyabr ayı ərzində bu sığorta şirkətinin məhkəmələrdə 52 çəkişməsi olacaq.
Digər sığorta şirkətlərinin məhkəmə siyahısını təqdim edirik:
“Atasığorta” – 52 məhkəmə
“Atəşgah Sığorta” – 39 məhkəmə
“AzSığorta” – 28 məhkəmə
“BakıSığorta” – 10 məhkəmə
“Günay Sığorta” – 10 məhkəmə
“Xalq Sığorta” – 10 məhkəmə
“Qala Sığorta” – 10 məhkəmə
“Meqa Sığorta” – 9 məhkəmə
“A-Group” – 3 məhkəmə
“Qala Həyat” sığorta – 3 məhkəmə
“Standard Insurance” – 3 məhkəmə
“Azərbaycan Sənaye Sığorta” – 2 məhkəmə