Şarmazanov: “Mən deyəndə ki, onlar qədim yunan axmaqlarına bənzəyirlər, inciyirlər”
19-okt-2023“Mən deyəndə ki, Paşinyan hökumətində yer alanlar qədim yunan axmaqlarına bənzəyirlər, inciyirlər…”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan Respublika Partiyasının (ERP) İcra orqanının nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanovun facebook səhifəsindəki statusunda qeyd olunub.
“Qarabağda erməni qalmayıb, Bakı həbsxanaları erməni əsirləri (caniləri-red.) ilə doludur, Azərbaycan və Türkiyə yeni eskalasiya ilə hədələyir. Bunlar isə hökumətin iclasında məmurun hədiyyə olaraq aldığı şərabı içib-içməyəcəyini müzakirə edir… Əsl dəlixanadır….
Siz boşboğazlığınıza davam edin, görəcəksiniz ki, türklər Ermənistanı necə işğal ediblər… sizə isə lülə kababı hədiyyə ediblər”, – deyə statusda qeyd olunub