Bu gün:
Xezer.info » Dünya » TELEQRAF: PUTİN İSRAİLDƏKİ MÜHARİBƏDƏN İSTİFADƏ ETMƏYƏ ÇALIŞIR

TELEQRAF: PUTİN İSRAİLDƏKİ MÜHARİBƏDƏN İSTİFADƏ ETMƏYƏ ÇALIŞIR



“Rusiya prezidenti Vladimir Putin İsraillə HƏMAS terrorçuları arasındakı müharibədən faydalanmağa çalışır. Xüsusilə, Kreml sülhməramlı kimi şöhrət qazanmaq və Rusiyanın Yaxın Şərqdə təsirini artırmaq üçün atəşkəsə nail olmaq istəyir”.

Xezerinfo.az xəbər verir ki, bu barədə Britaniya ordusunun istefada olan polkovniki Riçard Kamp “The Telegraph” jurnalına açıqlama verib.

Onun sözlərinə görə, “Dünyada, xüsusən də Ukraynada bu qədər qan tökülməsinə görə məsuliyyət daşıyan adam indi deyir: “Qan tökülməsini dayandırmaq indi vacibdir”.

Onun fikrincə, Putinin münaqişəyə müdaxiləsi heç nəyi dəyişməyəcək, çünki Rusiyanın güclü dünya dövləti kimi reputasiyası Ukraynaya qarşı müharibə nəticəsində ciddi şəkildə zədələnib. Rusiya qoşunları 18 aylıq genişmiqyaslı müharibədən sonra ağır vəziyyətdə qalır və Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Luqansk və Berdyansk aerodromlarına ATACMS raket zərbələri endirməsi Kremli dərindən aşağılayıb.

Kempin sözlərinə görə, Yaxın Şərq ölkələri hazırda Rusiyanı “sönən güc” hesab edirlər. Deməli, Suriyada Putin artıq mövqelərini itirməkdədir. O, qüvvələrinin bir hissəsini oradan yenidən Ukraynaya yerləşdirməli oldu.