QARABAĞDAN OLAN 3 MİNDƏN ÇOX ERMƏNİ ERMƏNİSTANI TƏRK EDİR
19-okt-2023Ermənistan hökumətinin başçısı əmin edib ki, yaxın aylarda Qarabağdan olan soydaşlara nəzərdə tutulan yardımın həcmi artıq 100 milyon dolları keçib və artmaqda davam edəcək.
Xezerinfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Qarabağın 3 mindən çox sakini Ermənistan Respublikasını tərk edib, lakin hakimiyyət onların qayıtması üçün hər şeyi edəcək. Bunu ER baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Mən bununla bağlı nəticə çıxarmaq istəmirəm. Ola bilsin ki, onların çoxu bir müddət qohumlarının yanında qalacaq. Amma uzunmüddətli perspektivdə prioritet fəaliyyət planı olaraq, biz onları Ermənistan Respublikasında qalmağa çağırırıq. Ümid edirəm ki, biz öz hərəkətlərimiz və dəstək proqramlarımızla qardaş və bacılarımıza bu məqsədlə aydın mesaj veririk”, – Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, soydaşların Qarabağa qayıtmaq arzusu və ya imkanı yoxdursa, hakimiyyət onların Ermənistan Respublikasında qalmalarını təmin etmək üçün hər şeyi etməlidir.