Bu gün:
Xezer.info » Dünya » BAYDENİN ƏRƏB LİDERLƏRİ İLƏ GÖRÜŞÜ LƏĞV EDİLDİ

BAYDENİN ƏRƏB LİDERLƏRİ İLƏ GÖRÜŞÜ LƏĞV EDİLDİ



Çərşənbə axşamı Qəzzada Əhli Ərəb xəstəxanasında baş verən partlayışda yüzlərlə insan həlak olub. Fələstin hakimiyyəti İsraili tibb müəssisəsinə hava zərbələri endirməkdə ittiham edir. Təl-Əviv cavab verir ki, cavabdeh “İslami Cihad” təşkilatıdır və səhvən atılan raket xəstəxanaya dəyib. Xezerinfo.az xəbər verir ki, bu barədə Amerikanın Səsi yazır ki, hücum ABŞ prezidenti Co Bayden Təl-Əvivə gəlməmişdən bir neçə saat əvvəl baş verib.
Bildirilir ki, ABŞ prezidenti Amerikanın yəhudi dövlətinə dəstəyini nümayiş etdirmək, Qəzzada qapalı qalan amerikalıların təhlükəsiz şəkildə təxliyyəsini təmin etmək və İsrailin mühasirəsində olan fələstinlilərə yardıma nail olmaq məqsədi ilə İsrailə gəlib.

ABŞ dövlət katibi Entoni Blinken “Yardımın Qəzzaya mümkün qədər tez çatması vacibdir” deyib.

İsraildən Bayden İordaniyanın paytaxtı Əmmana getməli idi, lakin Qəzzada xəstəxanaya hücum bu səfəri ləğv etdi.