Bu gün:
Xezer.info » Dünya » ABŞ-İRAN MÜHARİBƏSİ OLACAQMI?

ABŞ-İRAN MÜHARİBƏSİ OLACAQMI?


ABŞ-İRAN MÜHARİBƏSİ OLACAQMI?
İsrailin Fələstin xalqına qarşı qanlı hücumlarından sonra danışan Beynəlxalq Əlaqələr Mütəxəssisi Pof. Dr. Həsən Ünal ABŞ-ın İrana hücum edəcəyi təqdirdə böyük bir qlobal müharibənin qaçılmaz olduğunu bildirərək, “İran əlində olan uzaq mənzilli raketlərlə İsrailin nüvə obyektlərini vuracaq” deyib.

Xezerinfo.az Haber Global-a istinadən xəbər verir ki, professorun sözlərinə görə, “ABŞ bilir ki, İran mütləq İraq, Suriya və ya Liviya kimi bir ölkə deyil. Üstəlik, İranın Yaxın Şərqdəki vəkilləri çox güclüdür. ABŞ-ın bu ölkəyə hücumu halında, başda Hizbullah olmaqla şiə təşkilatları. , “ABŞ-ın bölgədəki bazalarına hücum edəcək. Üstəlik, İran uzaqmənzilli raketləri ilə İsrailin nüvə obyektlərini vuracaq”.

Türkiyənin böhranın başlanğıcından bəri balanslı və diqqətli bir rəftar nümayiş etdirdiyini əlavə edən Prof. Dr. Ünal “Türkiyənin milli maraqlarının bu xəttdə qalması vacibdir” xəbərdarlığını edib.