İRƏVANDAKI TƏLXƏKLƏR ÇƏRƏNLƏYİR – AKOPYAN DEYİR Kİ…
18-okt-2023Qondarma rejimin İrəvana qaçan təlxəkləri orada təşkilatlanmağa can atır. Lakin onların səylərinə qeyri-ciddi yanaşma var. Çünki ağ bayraq qaldırmış separatçıların hərəkətləri evcik-evcik oyununa oxşayır.Xezerinfo.az xəbər verir ki, xunta rejiminin üzvlərinin sonuncu separatçıbaşı Samvel Şahramanyanın verdiyi “fərmanı” etibarsız saymağa hazırlaşırlar. İddialara görə, Qarabağda qondarma rejimə müxalif olmuş qüvvələr guya Şahramanyanın “fərmanı”nın ləğvi ilə bağlı məsləhətləşmələr aparıblar. Lakin yayılan məlumatlar təkzib olunub. Ermənistan Milli Assambleyasının “Ədalət” fraksiyasının üzvü Metax Akopyan bildirib ki, bu məsələ haqda kifayət qədər ciddi peşəkar müzakirələr aparılmalı, düzgün hüquqi qiymət verilməlidir. “Ola bilsin ki, bir neçə gündür bu məsələ ilə məşğul olan başqa strukturlar da var, amma məlum səbəblərdən səsini çıxarmır”.
Akopyan çərənləyib ki, onun üçün “artsax” məsələsi bağlanmayıb, mübarizə davam edir və davam edəcək: “Artsaxın hərbi-siyasi rəhbərliyinin hazırda əsirlikdə olduğunu nəzərə alaraq indi diqqətli olmalıyıq. Hər addımımızla onlara ziyan vurduğumuzu, yoxsa xeyrimizi qiymətləndirməliyik”