YƏHUDİ NAZİRDƏN XƏSTƏXANANIN BOMBALANMASI ETİRAFI
18-okt-2023İsrailin sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir xəstəxanaya hücumdan sonra sosial media hesabında qalmaqallı paylaşım edib.
Xezerinfo.az CNN-ə istinadən xəbər verir ki, İsrailin naziri Ben-Qvir Qəzza zolağında xəstəxananın bombalanmasından sonra Twitter hesabından açıqlama verib. “HƏMAS girovlarını azad etmədikcə, Qəzzaya girmək üçün lazım olan yeganə şey bir qram humanitar yardım deyil, Hərbi Hava Qüvvələrinin yüzlərlə ton partlayıcısıdır”.
Xatırladaq ki, Qəzza zolağında xəstəxanaya edilən hücumdan sonra Fələstin prezidenti Mahmud Abbas 3 günlük milli matəm elan edib. İsrailin bombardmanları nəticəsində minlərlə fələstinlinin didərgin düşdüyü xəstəxanada ən azı 500 adam həyatını itirib.