Bu gün:
Xezer.info » Qarabağ » MOSKVADAN PAŞİNYANA ŞOK XƏBƏRDARLIQ: ZELENSKİNİN YOLU İLƏ GEDİRSƏN…

MOSKVADAN PAŞİNYANA ŞOK XƏBƏRDARLIQ: ZELENSKİNİN YOLU İLƏ GEDİRSƏN…



Ermənistanın Baş naziri Nikol Paşinyan fəal şəkildə Ukrayna Prezidenti Vladimir Zelenskinin yolunu davam etdirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS-a Moskvadakı yüksək vəzifəli mənbə bildirib.“Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı dediklərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Moldovanı “Ukrayna nömrə 2” hesab etsək, Ermənistanı necə “Ukrayna nömrə 3”-ə çevirməyə çalışdıqlarını görürük, Paşinyan isə Vladimir Zelenskinin addımları ilə gedir”, – mənbə vurğulayıb.

Qeyd edək ki, oktyabrın 17-də Avropa Parlamentində çıxışı zamanı Paşinyan bildirib ki, Ermənistanın təhlükəsizlik müttəfiqləri Qarabağ ətrafındakı vəziyyət fonunda açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırış ediblər.