Bu gün:
Xezer.info » Qarabağ » BEQLARYANDAN ŞOK: PAŞİNYAN TƏSLİMÇİLİYƏ GEDİR, QARABAĞ ERMƏNİLƏRİNİ DÜŞÜNMÜR”

BEQLARYANDAN ŞOK: PAŞİNYAN TƏSLİMÇİLİYƏ GEDİR, QARABAĞ ERMƏNİLƏRİNİ DÜŞÜNMÜR”



“Belə görünür ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində hakimiyyət hətta “artsax”la bağlı ümumi ilkin şərt-prinsipdən, yəni beynəlxalq mexanizm çərçivəsində Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə təminat verməkdən imtina edib”.
Tribunainfo.az bildirir ki, özünü buraxmış xunta rejiminin geydirmə ombudsmanı Artak Beqlaryan belə hesab edir. Onun sözlərinə görə, hazırkı vəziyyət, yəni ermənilərin Qarabağdan köçü Ermənistan hakimiyyətini və beynəlxalq oyunçuları öz uğursuz yanaşmalarına yenidən baxmağa, “artsax xalqı”nın hüquq və təhlükəsizliyinə zəmanət vermək üçün barı qaldırmağa məcbur edir:
“Burada əsas məqsədlər xalqın öz vətənlərinə qayıtması, yüksək beynəlxalq təminatlar olmalıdır. Məndə belə bir təəssürat var ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında maraqlı olan bütün qüvvələr “Artsax xalqının soyqırımı faktı”ndan razıdırlar, sadəlövhcəsinə inanırlar ki, bu münaqişənin düyününün aradan qaldırılıb və fürsət pəncərəsi açılıb. Halbuki reallıq budur ki, regionda sülh “Artsax xalqının qanı və faciəsi” hesabına əldə edilə bilməz”.