Bu gün:
Xezer.info » Dünya » BAYDENLƏ NETANYAHU QUCAQLAŞDI-VİDEO

BAYDENLƏ NETANYAHU QUCAQLAŞDI-VİDEO



ABŞ prezidenti Co Bayden Təl-Əvivə gedərək İsraili dəstəklədiyini açıqlayıb. HƏMAS-ın Fələstini təmsil etmədiyini bildirən Bayden, Qəzzada xəstəxanaya edilən hücumla bağlı “Görünür, bunu qarşı tərəf edib” deyib. Netanyahu ABŞ-ın qeyd-şərtsiz dəstəyinə görə Baydenə təşəkkür edib.

Xezerinfo.az NTV-yə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin təyyarəsi İsrailə eniş edib.

ABŞ prezidenti Baydeni İsrailin baş naziri Benyamin Netanyahu və İsrail prezidenti İsaak Hersoq qarşılayıb.

Hava limanında qarşılanmadan sonra iki lider kameralar qarşısına keçib.

İsrailin baş naziri Netanyahu qeyd-şərtsiz dəstəyə görə ABŞ-a təşəkkür edib. Netanyahu HƏMAS-ın İŞİD-dən daha təhlükəli təşkilat olduğunu iddia edib.